Gündəm

Əli Həsənov: "The Guardian" Azərbaycan haqqında nə vaxt həqiqətləri yazıb ki?

5 Sentyabr 2017 18:15

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi (OCCRP) adlı qurumun xarici mediada yaydığı məlumatlar Azərbaycana qarşı qarayaxma kampanyasının bir hissəsidir və həqiqəti əks etdirmir. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin "Hürriyyət" qəzetinə açıqlamasında deyib.

Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa etdi

5 Sentyabr 2017 18:13

Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa edib. Səfirlikdə baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi fəaliyyətini tam bərpa etməyə müvəffəq olub. Beləliklə, həm qısa müddətli (C) və uzun müddətli (D) vizası üçün ərizəçilər ifr.mfa.gov.hu saytından görüş vaxtı təyin edərək müraciət edə bilərlər.

Suriya ordusu üçillik mühasirəni yardı

5 Sentyabr 2017 18:12

Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının 3 illik mühasirəsini yarıb.  Bu haqda Suriya ordusu ilə döyüşlərdə iştirak edən Livanın “Hizbullah” təşkilatına yaxın mənbə bildirib. Mühasirə şəhərin cənubi-qərb istiqamətində yarılıb. Mənbənin sözlərinə görə, şəhərin mühasirədən tamamilə çıxarılmasından danışmaq hələ tezdir. Ancaq o, bunun yaxın günlərdə baş verə biləcəyini deyib.

Keçən ay 15 min 332 ton dizel yanacağı ixrac edilib

5 Sentyabr 2017 18:11

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin avqust ayında 15 min 332 ton dizel yanacağı, 118 ton soba mazutu, 2 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 811 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 595 ton maye piroliz qətranı, 3 min 990 ton propilen və 4 min 639 ton butilen butadien fraksiyası ixrac edib.

Təhsil naziri Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri ilə görüşüb

5 Sentyabr 2017 18:10

Sentyabrın 5-də təhsil naziri Mikayıl Cabbarov Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycan və Ontario vilayəti ali təhsil müəssisələri arasında tədqiqat və elm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycanda təhsil infrastrukturu müasir tələblərə uyğun qurulub

5 Sentyabr 2017 18:09

“İndiyə qədər Azərbaycanda ayrı-ayrı sahələri əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib. Bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir”. “OLAYLAR”-ın yapr.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib.

Olimpiada məşğələləri keçirilir

5 Sentyabr 2017 17:59

Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyində riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə olimpiada məşğələlərinə başlanılıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, məşğələlər sentyabrın 11-dək davam edəcək.

Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı maliyyə vəsaiti ayrıldı

5 Sentyabr 2017 17:51

Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Svazilend Kralına təbrik məktubu göndərib

5 Sentyabr 2017 17:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Svazilendin Kralı Əlahəzrət III Msvatiyə təbrik məktubu göndərib.

Lənkəranda çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

5 Sentyabr 2017 17:35

Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Hacı Əliyev və Məhəmmədrəsul Məcidova Prezidentin fərdi təqaüdü verilib

5 Sentyabr 2017 17:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Tahirə Muradova -65

5 Sentyabr 2017 17:32

İranlı Mühacirlər Cəmiyyəti sentyabrın 2-də müğənni Tahirə Muradovanın yaradıcılıq gecəsini keçirib. T. Muradovanın 65 illik yubileyinə həsr olunmuş sözlü-nəğməli tədbirdə cəmiyyət üzvləri, onun sənət yoldaşları və qonaqlar iştirak ediblər. Yaradıcılıq gecəsini İMC – nin sədri, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə açıb.

Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir

5 Sentyabr 2017 17:16

 Sentyabrın 5 – də  etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər. “Olaylar” bildirir ki, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur. Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet səhifəsi vasitəsi ilə əldə edə bilərlər.

Turistləri aldadan dələduzlarla bağlı bir sıra cinayət işləri açılıb

5 Sentyabr 2017 17:13

Azərbaycanda builki yay turizm mövsümü ərzində onlarla xoşagəlməz hal qeydə alınıb, bəziləri ilə bağlı cinayət işi açılıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, belə neqativ hallar hotellər, yeni açılmış turizm şirkətləri, özbaşına ekskursiya xidməti göstərən şəxslər, taksi sürücüləri, restoranlar tərəfindən edilib. N.Bağırov qeyd edib ki, tanınmış hotellər də daxil olmaqla, bir neçə hoteldə turistlərə düzgün xidmətin göstərilməməsi, giriş və çıxış vaxtlarının düzgün müəyyənləşdirilməməsi halları baş verib.

İdmançılarımız İranda qələbə qazanıblar

5 Sentyabr 2017 17:10

İran İslam Respublikasının Gilan əyalətinin Astara liman şəhərində keçirilən Birinci Beynəlxalq Yay İdman Olimpiadası proqramına daxil olan Çimərlik futbolu üzrə Azərbaycanı təmsil edən Astara rayon komandası I yerə layiq görülüb.