İdmançılarımız İranda qələbə qazanıblar
İran İslam Respublikasının Gilan əyalətinin Astara liman şəhərində keçirilən Birinci Beynəlxalq Yay İdman Olimpiadası proqramına daxil olan Çimərlik futbolu üzrə Azərbaycanı təmsil edən Astara rayon komandası I yerə layiq görülüb.
5 Sentyabr 2017 17:10 İdmanİran İslam Respublikasının Gilan əyalətinin Astara liman şəhərində keçirilən Birinci Beynəlxalq Yay İdman Olimpiadası proqramına daxil olan Çimərlik futbolu üzrə Azərbaycanı təmsil edən Astara rayon komandası I yerə layiq görülüb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, komanda finalda Ərdəbil Komandasına 7:4 hesabı ilə qalib gəlib. İran İslam Respublikasının Gilan əyalətinin Astara liman şəhərində keçirilən digər, Birinci Beynəlxalq Yay İdman Olimpiadası proqramına daxil olan Karate yarışında isə, Baxşıyev Zamin (60 kq) I yerə, Tahirov Sadiq (38 kq) II yerə layiq görülmüşdürlər.