Azərbaycanda təhsil infrastrukturu müasir tələblərə uyğun qurulub

“İndiyə qədər Azərbaycanda ayrı-ayrı sahələri əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib. Bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir”. “OLAYLAR”-ın yapr.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib.

"İndiyə qədər Azərbaycanda ayrı-ayrı sahələri əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib. Bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir". "OLAYLAR"-ın yapr.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib. O, bildirib ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu baxımdan mühüm əhəmiyyət kəsb edir: "Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31