Suriya ordusu üçillik mühasirəni yardı
Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının 3 illik mühasirəsini yarıb. Bu haqda Suriya ordusu ilə döyüşlərdə iştirak edən Livanın “Hizbullah” təşkilatına yaxın mənbə bildirib. Mühasirə şəhərin cənubi-qərb istiqamətində yarılıb. Mənbənin sözlərinə görə, şəhərin mühasirədən tamamilə çıxarılmasından danışmaq hələ tezdir. Ancaq o, bunun yaxın günlərdə baş verə biləcəyini deyib.
5 Sentyabr 2017 18:12 DünyaSuriya ordusu və müttəfiqləri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının 3 illik mühasirəsini yarıb. Bu haqda Suriya ordusu ilə döyüşlərdə iştirak edən Livanın "Hizbullah" təşkilatına yaxın mənbə bildirib. Mühasirə şəhərin cənubi-qərb istiqamətində yarılıb. Mənbənin sözlərinə görə, şəhərin mühasirədən tamamilə çıxarılmasından danışmaq hələ tezdir. Ancaq o, bunun yaxın günlərdə baş verə biləcəyini deyib.
Hazırda Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zordan 35-40 kilometr cənubda İŞİD-ə qarşı sərt döyüşlər aparırlar. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.