Deputat: “Təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir”

"Prezident İlham Əliyev təhsilin yenidən qurulmasına və inkişafına xüsusi əhəmiyyət verir. Bu da səbəbsiz deyil. Çünki təhsilə göstərilən diqqət millətin və dövlətin gələcəyinə olan qayğısı deməkdir". Bunu deyən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlının sözlərinə görə, son illərdə ölkəmizdə minlərlə məktəb binasının tikilib, əsaslı təmir edilib, hətta ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialın gücləndirilməsinə yönəldir.

"Prezident İlham Əliyev təhsilin yenidən qurulmasına və inkişafına xüsusi əhəmiyyət verir. Bu da səbəbsiz deyil. Çünki təhsilə göstərilən diqqət millətin və dövlətin gələcəyinə olan qayğısı deməkdir". Bunu deyən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlının sözlərinə görə, son illərdə ölkəmizdə minlərlə məktəb binasının tikilib, əsaslı təmir edilib, hətta ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialın gücləndirilməsinə yönəldir. Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib". M.Qasımlı qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir: "Məhz bunun nəticəsində də təhsilin keyfiyyətinin artırılması, həmçinin bu yöndə layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin inkişafını özündə ehtiva edir. Yüksək şəraitli məktəb yaxşı müəllim və yaxşı şagird deməkdir. Hesab edirəm ki, təhsil işçiləri də cənab Prezidentin bu qayğısına özlərinin faydalı əməkləri ilə cavab verəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31