Politoloq: “Çin və Rusiya ABŞ-ın Şimali Koreya üzrə siyasətini dəstəkləmir”

“Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi Cənub - Şərqi Asiya regionu dövlətləri üçün kifayət qədər ciddi  təhlükədir. O nüvə silahına sahib olan dövlətdir və proqnozlaşdırılmayan siyasət aparır. Həmçinin Şimali Koreyanın heç bir dövlətlə münasibəti yoxdur”. 

"Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi Cənub - Şərqi Asiya regionu dövlətləri üçün kifayət qədər ciddi  təhlükədir. O nüvə silahına sahib olan dövlətdir və proqnozlaşdırılmayan siyasət aparır. Həmçinin Şimali Koreyanın heç bir dövlətlə münasibəti yoxdur".  Bu fikirləri açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. 

O hesab edir ki, Şimali Koreya dünya üçün yox, qonşu dövlətlər və ABŞ üçün təhlükə yaradır: "Əgər Şimali Koreya ABŞ-a raket zərbəsi endirərsə, bu zaman dünya üçün təhlükəli vəziyyət yaranar. Çünki belə hadisə baş verəcəyi  halda, ABŞ onu yer üzündən siləcəyini deyib. Son dövrlərdə ABŞ hərbçilərinin davranışı göstərir ki, onların peşəkarlığında kifayət qədər ciddi  qüsur var. Ehtimal olunur ki, ABŞ-ın Şimali Koreyaya qarşı keçirdiyi əməliyyatdan Cənubi Koreya da, Yaponiya da əziyyət çəkə bilər. ABŞ hərbçilərinin atdığı raketlər adıçəkilən iki qonşu dövlətin ərazisinə düşə bilər. Əgər ABŞ  hərbçiləri Çinin yaxınlığında  ciddi səhv etsə, Çin ABŞ-a qarşı müharibəyə qoşula bilər". 

Politoloq deyib ki, beynəlxalq birlik Şimali Koreyaya qarşı mübarizə aparmır və  aparmaq fikri yoxdur. Çünki ABŞ-ın o regionda apardığı siyasət Rusiya və Çini kifayət qədər ehtiyatlı mövqe tutmağa vadar edir: "Hazırda Çin və Rusiya ABŞ-ın Şimali Koreya üzrə siyasətini dəstəkləmir. ABŞ sanksiya variantını təklif edib reallaşdırır, əgər Rusiya bu sanksiyaları dəstəkləsə,  deməli,  Rusiya ABŞ-ın onun özünə  qarşı sanksiyalarının legitimliyini tanıyır. Çinin isə başqa məqsədi var. Çin hesab edir ki, ABŞ-a qarşı müəyyən hədə olmalıdır. Rusiya da ABŞ-ın təhlükə hiss eləməli olduğunu düşünür".  M.Əhmədoğlu bildirib ki, beynəlxalq birliyin Şimali Koreyaya qarşı mübarizəsi  yoxdur, ABŞ-ın bu istiqamətdə siyasəti dəstək qazanmayıb: "ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın dövlət rəhbəri Kim Çen İnin gah lehinə, gah əleyhinə bəyanat verir. Bəzən ABŞ Rusiya və Çinlə bu  məsələdə tamam ziddiyyətli  siyasət aparır. Ona görə də ABŞ Şimali Koreyaya qarşı koalisiya yarada bilmədi". Azadinform.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31