Azərbaycan nümayəndə heyəti Özbəkistanda mədəniyyət festivalında iştirak edəcək
2017-ci ilin 8 sentyabr tarixində Daşkənd şəhərində “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirə YUNESKO-nun İcraiyyə Şurasının Baş direktoru, BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi, Ginnes rekordlar kitabının Baş redaktoru və digər yüksək səviyyəli nümayəndələr dəvət olunub. “Uzbegim” ənənəvi mədəniyyət festivalında iştirak etmək məqsədilə 7-11 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Özbəkistan Respublikasına səfər edəcəklər.
5 Sentyabr 2017 14:04 Mədəniyyət2017-ci ilin 8 sentyabr tarixində Daşkənd şəhərində "Uzbegim" ənənəvi mədəniyyət festivalı keçiriləcək. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirə YUNESKO-nun İcraiyyə Şurasının Baş direktoru, BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi, Ginnes rekordlar kitabının Baş redaktoru və digər yüksək səviyyəli nümayəndələr dəvət olunub. "Uzbegim" ənənəvi mədəniyyət festivalında iştirak etmək məqsədilə 7-11 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Özbəkistan Respublikasına səfər edəcəklər.
Tədbir çərçivəsində "Uzbegim" kitabının təqdimatı olacaq, tətbiqi sənət və qostronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları, həmçinin Ginnesin Rekordlar Kitabına düşmək üçün 4,2 metr diametri, 8 min litr tutumu olan qazanda özbək plovunun hazırlanması nəzərdə tutulur.