Yolu keçən piyada avtomobilin altında qalıb
Masallı rayonunun Türkoba kəndində “QAZ-3221” markalı avtomobillə kənd sakini vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 4-də saat 20 radələrində Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Elçin Nəsirov idarə etdiyi “QAZ-3221” markalı avtomobillə yolu keçən kənd sakini Zəhra Rzayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Masallı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
5 Sentyabr 2017 14:38 SosialMasallı rayonunun Türkoba kəndində "QAZ-3221" markalı avtomobillə kənd sakini vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 4-də saat 20 radələrində Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Elçin Nəsirov idarə etdiyi "QAZ-3221" markalı avtomobillə yolu keçən kənd sakini Zəhra Rzayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Masallı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.