Gündəm

200 nəfəri işdən qovduğu deyilən filarmoniya rəhbəri məsələyə AYDINLIQ GƏTİRDİ

5 Sentyabr 2017 13:12

Gəncə Dövlət Filarmoniyasına yeni rəhbəri, opera ifaçısı Samir Cəfərov 200 nəfəri işdən qovmasına aydınlıq gətirib. Opera müğənnisi yeni vəzifəyə rəhbər təyin olunandan sonra filarmoniyada bir sıra işlər gördüyünü bildirib: "Lazm olmayan və heç bir sənədlə əlaqəsi olmayan insanları kənarlaşdırmışam.

Cem Yılmazı FETÖ – cü  olaraq elan etdi

5 Sentyabr 2017 13:12

Türkiyənin məşhur “Sabah” qəzetinin yazarı   Ersin Ramoğlu türkiyəli komediya ustası Cem Yılmazı FETÖ  - cü adlandırıb. “Olaylar” bildirir ki, aktyor bu yazıya görə narahat olub. Ramoğlu 'Tarkan, Sezen Aksu və Cem Yılmazdak FETÖ izi” başlıklı yazısında "Cem Yılmaz, Tarkan Tevetoğlu və Sezen Aksu kimi sənətçilərin Ərdoğana qarşı gərgin olmalarının səbəbi FETÖ – dür” – deyə, bildirib.   

Gördüklərinizə inanmayacaqsınız: Dünyanın ən varlı gənc iş adamının EVİNƏ SƏYAHƏT

5 Sentyabr 2017 13:10

Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq planetin ən zəngin adamlarından biridir.  İstedadlı proqramçının evinin görüntləri yayılıb. Çoxları elə düşünür ki, Mark dünyanın ən varlı gənc iş adamı olduğu üçün onun evi çox təmtəraqlıdır. Lakin bu, belə deyil. Olduqca sadə evdə yaşayan Zukerberq onu "ağıllı ev" adlandırır.

Myanma hakimiyyəti rahinciləri soyqırımında ittiham etdi

5 Sentyabr 2017 13:04

Müsəlman roxinca xalqının kütləvi qətlində ittiham olunan Myanma hakimiyyəti “Arkan Roxincanın Azadliq Ordusu”nun buddistlərə hücum etməsindən yazıb. Roxinca etnik azlığını yaratdığı silahlı dəstələr sentyabrın 3-dən 4-nə keçən gecə Maunttau rayonunda buddistlərə məxsus yüzlərlə evi yandırıblar. 

Qəbələdəki meşə yanğınlarının yaşayış məntəqələrinə təhlükəsi varmı? - İcra Hakimiyyətindən AÇIQLAMA

5 Sentyabr 2017 12:59

Qəbələ rayonu ərazisində davam edən meşə yanğını lokallaşdırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfov deyib. Qurum rəsmisi bildirib ki, sentyabrın 4-ü axşam saatlarında yanğının qarşısı alınıb: "Yanğın tam lokallaşdırılıb. Bu gün səhər saatlarından meşədə olan tüstülənmə sahələri tam nəzarətə götürülüb. Hazırda həmin ərazilər nəzarətdədir. Yanğının yenidən başlanması təhlükəsi yoxdur".

Feysbukda canlı yayımda faciə: 3 nəfər öldü - DƏHŞƏTLİ VİDEO

5 Sentyabr 2017 12:54

Hindistanda sürət həddini aşan gənclər sükan arxasında canlı yayım ediblər. 4 gəncin bu cəhdi faciə ilə nəticələnib. Diqqəti yayınan sürücü idarəetməni itirib və qəza baş verib. Gənclərdən 3-ü hadisə yerində dünyasını dəyişib, 1 -i isə ağır yaralanıb. Faciə anı sosial şəbəkədə anbaan izlənilib. Həmin görüntüləri təqdim edirik. 

Üzündəki sızanaqları təmizləmək istədi, qaraciyərini itirdi

5 Sentyabr 2017 12:52

Üzündəki sızanaqlardan qurtulmaq istəyən qadın xəstəxanaya düşüb. Türkiyənin Çorum vilayətində yaşayan 2 uşaq anası, 35 yaşlıSibel Çilingir çənəsindəki sızanaqlardan qurtulmaq üçün davamlı olaraq dərman qəbul edib.

Ailə üzvlərini öldürərək intihar etdi - Tehranda faciə

5 Sentyabr 2017 12:50

İran paytaxtında ağır cinayət törədilib. Hadisə paytaxtın Yaxçal deyilən ərazisində baş verib. Qırx yaşlı kişi öncə anasını və atasını qətlə yetirib, sonra evinə gedərək 37 yaşlı həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüb. Bunun ardınca isə bıçaqla öz boğazını kəsərək intihar edib.

Sərkisyanın Avropa sevdası baş tutmadı

5 Sentyabr 2017 12:47

Bir müddət Avropa ilə Rusiya arasında haça-paça qalan işğalçı Ermənistan nəhayət ki, seçimini etmiş oldu. Əslində buna seçim də demək düzgün olmazdı. Belə ki, Yerevan hər zaman olduğu kimi bu dəfə də Kremlə üstünlük verərək Avropadan bir qədər uzaqlaşmağı məqbul saydı. Nəticə etibarilə Ermənistan əvvəlcədən iştirakı nəzərdə tutulduğu halda NATO-nun Gürcüstan təlimindən imtina etdi. Bəs görəsən Yerevanın belə bir addım atmasını şərtləndirən başlıca amil nədən ibarətdir?

Tikinti şirkətlərinin idarəetməsindən nece qurtulmaq olar?

5 Sentyabr 2017 12:41

Ölkədə tikinti bumunun sürətlənməsi ilə əlaqədar çoxmənzilli binaların idarə edilməsi aktual məsələyə çevrilib. Xatırladaq ki, mövcud qanunvericiliyə görə, çoxmənzilli binalarda tətbiqi mümkün olan 3 idarəetmə üsulu mövcuddur. Lakin həmin idarəetmə üsullarının  müsbət və mənfi tərəfləri barədə cəmiyyətin bilgisi kifayət qədər deyil. Hüquqşünas Ayaz Mirzəzadə bildirib ki, çoxmənzilli binaların idarəedilməsi və çoxmənzilli binaların sahə mülkiyyətçilərinin (mənzil sahiblərinin) idarəetmədə birbaşa iştirakı həm insanların öz həyat ehtiyaclarını özlərinin qarşılaması vərdişlərinin yaranmasına, digər tərəfdən də öz vəsaitlərinə qanaət etmək və həmin vəsaitlərin xərclənməsinə birbaşa nəzarəti həyata keçirmək kimi imkanlara sahib olmasına şərait yaradır.

Müasir dövrün aktual problemi:  sonu görünməyən intihar

5 Sentyabr 2017 12:39

 Hər gün bu və ya digər xəbər saytlarında, telekanallarda, radio dalğalarında eşidirik:- “ İnsan özünə qəsd etmişdir “- o zaman belə bir sual yaranır : “nə üçün?” Bu sual hamımızı düşündürməli, bir daha belə hadisənin baş verməməsi üçün bütün imkanlarımızdan istifadə etməliyik. İntihar hadisəsi hazırda bütün dünyanı narahat edir. Yerli və beynəlxalq təşkilatlar bu istiqamətdə müəyyən işlər görür.

Zorakılıq

5 Sentyabr 2017 12:36

Son il­lər məi­şət zo­ra­kı­lı­ğı­nın müx­tə­lif ci­na­yət əməl­lə­ri­nin tö­rə­dil­mə­si ilə nə­ti­cə­lən­di­yi­nə şa­hid olu­ruq. Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirmiş olur. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir.

Elçin Hüseynbəyli yazır... Zınqırovlu tabaq...

5 Sentyabr 2017 12:34

Sizi bilmirəm, amma mən yay tətilini ürəyim istəyən kimi keçirmişəm. Yox, nə Kanar adalarında olmuşam, nə Karlova Varıda (hərçənd oralar bizimkilər üçün çoxdan köhnəlib), heç yaxta üzü də görməmişəm. Amma elə maraqlı söhbətlər eşitmişəm ki, onların hamısını yola verər. Onların içində ən ürəyimə yatanı və bizim mentalitetə yaxını baməzə dostuma qonaq gəlmiş bir türk arxadaşı barədə olub. Dostum domino oynayarkən oyun arası mənə bunları danışdı. Mən də onları dübarə sizə nəql eləyim ki, sizin də dodağınız qaçsın.

Ermənistan Rusiya üçün yeni Ukraynaya çevriləcəkmi?

5 Sentyabr 2017 12:31

Osetiyanın "Nıxas" informasiya portalı "Vestnik Kavkaza" nəşrinin Ermənistanda antirusiya əhval-ruhiyyəsinə dair vəziyyət barədə analitik məqaləsini dərc edib. Məqalədə Ermənistanda çoxsaylı Qərb fondlarının və amerikapərəst siyasətçilərin fəaliyyət göstərdiyi vurğulanır.

Tullantıların yığılmamasına görə məsuliyyəti kim daşıyır?

5 Sentyabr 2017 12:30

“Bələdiyyələrin fəaliyyətində nöqsanlar var. Son zamanlar şahidi oluruq ki, tullantıların yandırılmasına görə, bələdiyyə sədrləri 2000, 3000 manat cərimə olunurlar. Axı tullantıların toplanması, yığılması, məhv edilməsi bələdiyyələrin səlahiyyətinə aid deyil. Bununla əlaqədar yerlərdə müvafiq orqanlar var”.