Sərkisyanın Avropa sevdası baş tutmadı
Bir müddət Avropa ilə Rusiya arasında haça-paça qalan işğalçı Ermənistan nəhayət ki, seçimini etmiş oldu. Əslində buna seçim də demək düzgün olmazdı. Belə ki, Yerevan hər zaman olduğu kimi bu dəfə də Kremlə üstünlük verərək Avropadan bir qədər uzaqlaşmağı məqbul saydı. Nəticə etibarilə Ermənistan əvvəlcədən iştirakı nəzərdə tutulduğu halda NATO-nun Gürcüstan təlimindən imtina etdi. Bəs görəsən Yerevanın belə bir addım atmasını şərtləndirən başlıca amil nədən ibarətdir?
5 Sentyabr 2017 12:47 SiyasətErmənistan bir daha Rusiyanın forpostu olduğunu təsdiqlədi
Bir müddət Avropa ilə Rusiya arasında haça-paça qalan işğalçı Ermənistan nəhayət ki, seçimini etmiş oldu. Əslində buna seçim də demək düzgün olmazdı. Belə ki, Yerevan hər zaman olduğu kimi bu dəfə də Kremlə üstünlük verərək Avropadan bir qədər uzaqlaşmağı məqbul saydı. Nəticə etibarilə Ermənistan əvvəlcədən iştirakı nəzərdə tutulduğu halda NATO-nun Gürcüstan təlimindən imtina etdi. Bəs görəsən Yerevanın belə bir addım atmasını şərtləndirən başlıca amil nədən ibarətdir?

Millət vəkili Sahib Alıyev deyir ki, Ermənistanın NATO-nun Gürcüstana başlatdığı təlimlərə qatılmaqdan vaz keçməsində təəccüblü heç nə yoxdur. Sahib Alıyevin sözlərinə görə, forpostu təlimlərə qatıldıqda Rusiya bundan incimədiyi kimi, daha qatılmaq istəməməsindən NATO-dakılar da inciyən deyil: "Beynəlxalq subyekt olmayan, obyekt, həm də sərfəli obyekt, yəni alət kimi faydalanılan birisindən kimsə inciməz. Bu alətliyin başqa adı da var. Üzrlü sayın, ancaq Ermənistana yanaşmanı və oynadığı rolu onun qədər dəqiq çatdıracaq bir kəlmə olmadığından deməliyəm. böyük güclər üçün Hayastan bir növ fahişədir. Hazırda dünyada ən çox tanınan "yan"ın pornoulduz Kim Kardaşyan olması, onun hayların və haylığın rəmzinə çevirilməsi də dediklərimizin təsdqi deyilmi? Fahişə isə bilindiyi kimi bir gün birinin yatağında olar, başqa gün o birisinin. Bəzən ondan başqa məqsədlə də faydalanırlar-informasiya əldə etmək üçün.
Rusiyanın Ermənistanı NATO-nun iyulun 31-də Gürcüstanda start verilən də "Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərinə buraxmaqda məqsədi də elə oradan dəqiq informasiya ələ etmək ola bilərdi. Həmin təlimlərdə Rusiyanı maraqlandıran bir sıra məsələlər vardı ki, onları haylar qədər içdən öyrənib nöqtəsinədək çatdıran kim olacaqdı? Yəni fikrimcə, Ermənistan hərbiçiləri həmin təlimlərdə NATO-nun bir parçası yox, Rusiyanın görən gözü və eşidən qulağı kimi çıxış edirdilər. Xatırlatmağa ehtiyac varmı ki, haylar bu təlimlərə özü də "Birləşmiş Hərbi Qruplaşma" yaratmalarının, əslində isə Rusiya ordusunun bir hissəsinə çevirilmələri haqda anlaşmanın Kremldə təsdiqindən cəmisi 5 gün keçmiş qatılmışdılar. Təbii k, NATO-da da bunu gözəl bilirdilər. Və bunu bilə-bilə də ona göz yumulmasının arxasında dayanan məntiq amerikalı həmsədrin Rusiyayla ölkəsi arasında ziddiyyətlərin dərinləşməsinə baxmayaraq onların Dağlıq Qarabağ məsələsinə ortaq yanaşmalrının dəyişmədiyi və dəyişməyəcəyiylə bağlı dediklərinin arxasında duran məntiqdir. Beləliklə, qərbdəkilər fahişə təbiətli ləyaqətsiz birisini "Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərə dəvət etməklə onu özlərininki saydıqlarını göstərirdilər. Onu göstərirdilər ki, hayların hazırda Rusiya üçün oynadılqarı rolu gələcəkdə onlar üçün də oynamalarını arzulayırlar". Millət vəkili qeyd edib ki, Moskvanın Ermənistanı Gürcüstanda keçirilən və bu dəfə isə "Azad Ruh" adı daşıyan yeni NATO təlimlərinə buraxmamasına gəldikdə isə bununla Kreml göstərmək istəyir ki, birincisi, forpostda azad ruh ola bilməz, ikincisi, qərbdəkilərin planlaşdırdıqları o "gələcək" gəlməyəcək: "Həm də başqa bir məsələ də var. Bir çox tərəfdaşaları Rusiyadan soruşa bilərdilər və yəqin soruşublar da ki, öz forpostunun NATO-yla sıx əməkdaşlığına göz yumub, digərlərinin bu yöndə atdığı addımlara qıcıqlı yanaşma sərgiləmək nə dərəcədə doğrudur və necə anlaşılmalıdır?".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, Ermənistanın NATO tədbirlərinə qatılmayacağı əvvəlcədən məlum idi: "Bəzi dostlarım Ermənistanın bir müddət əvvəl NATO-nun Gürcüstanda təlimlərində iştirakından uzaqgedən nəticələr çıxarmışdılar. Hətta "Ermənistan Rusiyadan üz döndərir", "Ermənistan Qərblə əməkdaşlığa üstünlük verir" kimi başlıqlara rast gəldim. Məndən məsələyə münasibət öyrənən jurnalistlərə hər zaman eyni cavabı söylədim: "Ermənistanın NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirakından böyük nəticələr çıxarmaq lazım deyil. İrəvan bu təlimlərdə iştiraka görə Moskvadan icazə alıb. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım atmayacaq". İndi bu sözlərimin təsdiqi kimi onu deyə bilərəm ki, Ermənistan hakimiyyəti son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimlərində iştirakdan imtina edib və bunun səbəbini izah etməyib. Səbəbi aydındır. Moskva bu dəfə qadağan edib. Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı Azərbaycan da iştirak edəcək. Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur".

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərindən imtina etməsi, Soçidə Vladimir Putinin Serj Sərkisyana verdiyi təlimatının nəticəsidir: "Soçidə Putinlə görüşdə Sarkisyan gələn il Ermənistanda hakimiyyət strukturlarında dəyişikliklər əsasında baş nazir kürsüsünə oturmaq üçün Kremlin dəstəyinə ehtiyac duyur. Bu görüşdə, erməni prezident bir daha Ermənistanın müstəqilliyini Rusiyaya güzəştə gedərək, gələn il üçün öz siyasi hakimiyyətini saxlamaq üçün zəmanət alıb. Qeyd edim ki, payızda Avropa İttifaqı ilə Ermənistan arasında gözlənilən memorandum təxirə salına bilər. Çünki, Rusiya Ermənistana Qərblə sıx siyasi-iqtisadi əlaqələr qurmağa imkan verməz". Politoloq deyib ki, hazırda Sərkisyana təzyiq etmək üçün Rusiyanın əsas adamı baş nazir Karen Karapetyandır: "Həmçinin Ermənistanın baş naziri Karen Karapetyan Moskvaya bağlı biri olaraq, Sərkisyanın iradəsindən kənardadı. Sərkisyan üçün əsas rəqib olaraq forsmajor situasiyada Moskva onu irəli çəkə bilər. Hazırda, məhz Sərkisyan Kareni neytrallaşdırmaq üçün təbii ki, Putinin təlimatlarından çıxmayacaq. Onu da qeyd edim ki, ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş Katibi Yuri Xaçaturovun Yerevana gələrək, Sərkisyanla görüşündə Ermənistanın NATO-nun bu kimi təlimlərində iştirakının arzuolunmaz olduğunu bildirib. Xüsusilə Putin və Sarkisyanın Soçi görüşü və KTMT Baş katibinin Yerevan səfəri, Ermənistanın Qərb yönümlü siyasət oyununa son qoydu".

Müstəqil ekspert Rövşən Məmmədli isə hesab edir ki, Ermənistan NATO təlimlərinə qoşulmaqla Rusiyanı şantaj etmiş, Rusiyaya təzyiq göstərmişdi: "Yəni Rusiya Qarabağ məsələsində Ermənistana daha çox, daha həlledici dəstək göstərsin. Ermənistan Rusiyaya bu basqısını son anacan davam etdirib.Unutmayaq ki, Ermənistanın bu oyunbazlığı ərəfəsində işğalçı ölkə prezidentindən öncə Azərbaycanın Prezidentini Putin Soçidə görüşə dəvət etdi. Şübhəsiz o görüşdə Ermənistanın bu "bic addımı"da müzakirə olunmuşdu".
Füzuli