Gündəm

Şahdağ Milli Parkındakı yanğın söndürülüb

5 Sentyabr 2017 12:29

Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində başlamış yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb. 

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

5 Sentyabr 2017 12:28

“Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir”. Bu barədə “Olaylar”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 6 sentyabr saat 23:59-dək davam edəcək.

Keçmiş MTN polkovnikinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

5 Sentyabr 2017 12:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.  

Türkiyə Suriyada yeni hərbi əməliyyat hazırlayır

5 Sentyabr 2017 12:23

Türkiyə bu ay ərzində Suriyanın İdlib şəhərində yeni hərbi əməliyyata başlayacaq. Türkiyə mətbuatı əməliyyatların "Azad Suriya Ordusu"nun bölmələri ilə birgə aparılacağını yazır.

Putin: "Tramp mənim nişanlım deyil ki..."

5 Sentyabr 2017 12:22

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın fəaliyyətindən məyus olmadığını bildirib. Mətbuat konfransında V.Putinə D.Trampa münasibəti barədə sual ünvanlanıb.

5 yaşlı uşaq tualetdə ilan tapdı

5 Sentyabr 2017 12:19

İngiltərədə yaşayan ailənin 5 yaşlı oğlu Ceyms 91 santimetr uzunluğunda piton ilə həyəcanlı anlar yaşayıb. Həyət evində yaşayan ailə dəhşətli anlar yaşayıb. Evin xanımı Laura Covell deyib ki, bir neçə gündür kanalizasiya sistemi yaxşı işləmirdi. Sən demə, piton günlərlə unitazın içərisində qalıb.

İsveç 105 yaşlı qadına sığınacaq vermədi

5 Sentyabr 2017 12:17

Bibihal Üzbek adlı qadının 106 yaşı var. Əfqan əsilli qadın oğlu və nəvəsi ilə birlikdə İsveçdən sığınacaq istəyib. Səhhətində problem olan qadının çətinliklə danışdığı və yeriyə bilmədiyi bildirilsə də, müraciətə qəti şəkildə etiraz edilib.

Prezident İlham Əliyev 10 saylı tam orta məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

5 Sentyabr 2017 12:15

Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Türkiyədə rüsvayçılıq — Cin çıxarma xəstəxanası açıldı

5 Sentyabr 2017 12:13

İstanbulda cin çıxarmaq üçün xəstəxana açılıb. İstanbulda xidmətə açılan "Manevi Şifa Merkezi" adlı xəstəxana bir ilkə imza atıb. Cin xəstəxanası olaraq tanınan mərkəzdə İslami müalicə üsulları ilə, dua və Qurandan ayələr oxumaqla sehri və cadunu pozur, cin çıxarırlar.

Alimlər bunu da etdilər — Laboratoriyada 100 faizlik həqiqi ət istehsal edildi

5 Sentyabr 2017 12:12

"Memphis Meats" şirkətinin laboratoriyasında orijinal ət ilə eyni dadı verən dana, toyuq və ördək əti istehsal ediblər. Heç bir heyvanı kəsmədən tamamilə laboratoriya şəraitində istehsal edilən ətə "təmiz ət" adı verilib.

MTRŞ: "Bizim seriallarda daha çox kriminal sahələri təbliğ edirlər"

5 Sentyabr 2017 12:08

Azərbaycanda çəkilən milli teleserialların keyfiyyəti hələ ki, istənilən səviyyədə deyil. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, xarici ölkələrdə seriallar bir növ maarifləndirici xarakter daşıyır: “Mən bir neçə dəfə demişəm, xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar. Bunlar olmamalıdır. Seriallar gündəlik həyat tərzini maarifçilik baxımından təbliğ etməlidirlər, xüsusən də lazımlı, yaxşı vərdişləri təbliğ etməlidirlər. Amma təəssüf ki, bizim seriallarda əks tərəfə meyil edirlər. Sanki daha çox kriminal sahələri təbliğ edirlər”.

Messi türk ulduzun "Barselona"ya transferinə qadağa qoydu

5 Sentyabr 2017 12:03

Bu yay adı "Barselona" ilə yanaşı çəkilən Məsut Özilin Kataloniya klubuna transfer olunmamasının səbəbi müəyyənləşib. Transferə Lionel Messi mane olub.

İnsanın daxilini göstərən kamera kəşf edilib

5 Sentyabr 2017 12:00

İnsanın daxilini göstərən kamera kəşf edilib. Edinburq Universitetinin professorları bu cihazın xəstələrin daxili orqanlarını yoxlamaq üçün əlverişli olduğunu bildiriblər.

Xonçalar, 20 minlik qızıl, üç ev... – Toya hazırlaşan Cəmilə Tağızadə ilə MÜSAHİBƏ

5 Sentyabr 2017 11:56

Ötən həftə toy etməsi xəbəri ilə Azərbaycan mediasının gündəmini zəbt edən aktrisa Cəmilə Tağızadə müsahibimizdir. Toy təlaşından, gələcək həyat yoldaşından ağız dolusu danışan aktrisa  sualları belə cavablandırdı:

Kür və onun qollarında biogen maddələrin miqdarı artıb – Nazirlik açıqladı

5 Sentyabr 2017 11:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib. Avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 0.9 m3/san azalaraq 75.4 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.