Gündəm
Məşhur şair və tənqidçi vəfat etdi
Məşhur amerikalı şair Con Eşberi Nyu-York ştatının Hudzon şəhərində vəfat edib. “Olaylar” bildirir ki, 90 yaşlı şair evində ölü tapılıb. 1927-ci ildə Nyu-Yorkda dünyaya gələn Con Eşberi 1976-cı ildə "Pulitser" poeziyası mükafatına layiq görülüb və həmçinin ədəbiyyat üzrə Nobel mükafatı namizədi olub. Eşberi “Qabarıq şüşədəki avtoportretim” adlı şeirlər kitabına görə ABŞ Milli kitab mükafatını qazanıb.
“Retro Bakı”da möhtəşəm bayram konserti
Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi Qurban bayramı ərəfəsində zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gəlib.“Olaylar” bildirir ki, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Fəvvarələr Meydanında keçirilən konsertlərdə bu həftə tanınmış müğənnilər xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Ədalət Şükürov, əməkdar artist Elza Seyidcahan, Rasimə Seyidcahan, Təranə Mahmudova, Orxan Babazadə, Qurd (Fərid Eminov), Çinarə Bəkirova, Həmidə Hüseyn, Mətin Rzazadə, Aygün Məmmədli, Əhməd Mustafayev, Könül Şıxəliyeva, Emil Əliyev, Nofəl Aslanov, Əlisahib Cəlilov, Əhməd Mustafayev, Ruslan Zülfiqarov, “Aysel” və “Məryəm” rəqs ansamblları çıxışları ilə hər kəsə əsl bayram əhval-ruhiyəsi bəxş ediblər.
Bayram günləri yol qəzalarında 6 nəfər ölüb, 51 nəfər xəsarət alıb
Bayram günləri Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən “Olaylar”a verilən məlumata görə, son 4 gündə respublikanın avtomobil yollarında 39 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 51 nəfər xəsarət alıb.
Daxili orqanında narkotik keçirmək istədi
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Səyyar ASAN xidmət yeni mövsümdə yeni məntəqələrdə
Səyyar ASAN qatar 5 – 19 sentyabr Horadiz şəhərində, səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 6 – 20 sentyabr Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, 6 – 25 sentyabr Göyçay şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. “Olaylar” bildirir ki, səyyar şəkildə vətəndaşlara göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Xatirə özündən çıxdı, izləyicisini təhqir etdi: "Nə sırtıq adamsan! Səni doğan ana..."
Sosial şəbəkələrdə qalmaqalları ilə gündəmdə olan müğənnilərdən biri də Xatirə İslamdır. İfaçı və izləyicilər arasında yenə mübahisə yaşanıb. Belə ki, xanım izləyicilərdən biri Xatirənin ünvanına xoşəgəlməz rəy yazıb. Müğənni buna əsəbləşib və yazılan rəyləri silib. İzləyici isə fikirlərini yazmaqda davam edib. Bunu görən Xatirə özündən çıxıb və həmin xanıma sərt sözlərlər cavab verib.
Meyiti əcnəbi ölkədə morqda qalan azərbaycanlı idmançımızla bağlı yeni xəbər
"Beyrut şəhərində avtoqəza nəticəsində həyatını itirən idmançı Xəzər Əliyevin nəşinin vətənə gətirilməsi istiqamətində danışıqlar davam edir". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Beyrutda keçirdiyi avtoqəzada həyatını itirən və 9 gündür meyiti Beyrut şəhər morqunda qalan idmançı X.Əliyevin nəşinin ölkəyə gətirilməsi sualını cavablandırarkən bildiriblər.
“Çin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”
Çin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu Çinin müdafiə naziri Çanq Vanquan erməni həmkarı Vigen Sarkisyanla görüşü zamanı bildirib.
Prokuror nazirin qardaşına qarşı dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, S. Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses sentyabrın 8-də davam etdiriləcək.
Prezident İlham Əliyev Bakıda yenidən qurulan 62 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olub
Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Mövlud Çavuşoğlu: “Avropa Birliyinin üzvü olmaq istəyirik"
"Türkiyə keçmişdə olduğu kimi, indi də Avropa Birliyinin üzvü olmaq istəyir." Bu sözləri AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Gürcüstan Ermənistanın təyin etmək istədiyi yeni səfirə aqreman vermir
Gürcüstan Ermənistanın bu ölkəyə təyin etməyi düşündüyü səfirə aqreman verməkdən imtina edir. Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır.
Messi “Barselona” ilə müqaviləni yenilədi
"Barselona" Lionel Messi ilə müqaviləni yeniləyib. Bu barədə klubun prezidenti Xosep Mariya Bartomeu bildirib. O qeyd edib ki, iyunun 30-da L. Messi ilə müqavilənin müddəti 2021-ci ilin iyuluna qədər uzadılıb.
Putin Myanmada müsəlmanlara qarşı törədilən zorakılığı pislədi
Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.
Qurban bayramından sonrakı Bakının vəziyyəti
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyası və dezinseksiyasını yekunlaşdırıb.














