Gündəm

ABŞ-Rusiya gərginliyi artır

5 Sentyabr 2017 11:25

ABŞ-Rusiya münasibətlərində böhran dərinləşir. Bu işdə Amerikanın mövcud sistemi və Demokrat Partiyası xüsusilə canfəşanlıq edir. Hətta ABŞ-da Rusiya diplomatik korpusunun binalarına dair atılan adddımları mahiyyət baxımından Rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasına da bənzətmek olar”. “OLAYLAR”-ın xəbərinə görə. bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib.

İSESCO tələb edir - Nobel Sülh mükafatı geri alınsın

5 Sentyabr 2017 11:25

ISESCO 1991 – ci ildə Nobel Sülh mükafatına layiq görülən Myanma insan haqları üzrə məruzəçi, ölkənin de – fakto lideri  Aung San Suu  Kyinin mükafatının geri alınması haqqında açıqlama verib. “Olaylar” bildirir ki, buna səbəb Myanmada müsəlmanlara qarşı törədilən kütləvi qırğındı. Həmçinin ISESCO beynəlxalq ictimaiyyətə Myanmada yaşanan faciə üçün təcili müdaxilələr edilməsini tələb edib. 25 avqustdan bu günə qədər Arakana təşkil olunan hücumlar zamanı çox sayda müsəlmanlar qətlə yetirilib. Hücum nəticəsində 60 – dan çox yaşayış məskəni məhv edilib.

Türklər yaşayan bina yandı – 2 nəfər həlak oldu

5 Sentyabr 2017 11:25

Almaniyanın Meiderich şəhərində  türklərin yaşadığı 19 mənzilli bina yanıb. “Olaylar” bildirir ki, yanğın nəticəsində 2 nəfər həlak olub, 10 nəfər yaralanıb. Gecə saatlarında baş verən yanğında sakinlər yanğınsöndürənlərin ləng işlədiklərini iddia edirlər.

Ermənilər yenə snayperləri işə saldı

5 Sentyabr 2017 11:23

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 107 dəfə pozub.

Putin Misirə gedir

5 Sentyabr 2017 11:22

Rusiya lideri Vladimir Putini Misirə gedir. Misir prezidenti Əbdül Fəttah as-sisi rusiyalı həmkarını Misirə dəvət edib. Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Şimali Koreya növbəti raket sınağına hazırlaşır

5 Sentyabr 2017 11:20

Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın yeni ballistik raket sınaqlarına hazırlaşdığını yazıb. Raket yüklü nəqliyyat vasitələrinin ölkənin qərb sahillərinə doğru aparıldığı aşkarlanıb. Ehtimal olunur ki, raket sınaqları Şimali Koreyanın yaradıldığı günə - 9 sentybara təsadüf edəcək. Buna qədər Şimali Koreya 6 nüvə sınağı keçirib.

İraqda 50-dən çox İŞİD-çi məhv edildi

5 Sentyabr 2017 11:17

İraq Silahlı Qüvvələri Təlafər şəhərində İŞİD terror qruplaşmasının 55 silahlısını zərərsizləşdirib. İŞİD döyüşçüləri artilleriya zərbələri nəticəsində məhv edilib.

Ermənistanda meşə yanğınları: rəsədxana təhlükədədir

5 Sentyabr 2017 11:15

Ermənistanın Araqsotn vilayətində (Yerevandan 36 km aralıda) dağlıq ərazidə meşə sahəsi yanmaqda davam edir. Burakan kəndində yerləşən Astrofizika Rəsədxanası hazırda yanğınlar səbəbindən təhlükədədir.

Myanmada izi itirmək üçün müsəlmanların cəsədləri yandırılır

5 Sentyabr 2017 11:10

Myanmanın Arakan əyalətində ordu tərəfindən öldürülən müsəlmanların cəsədələri bir yerə toplanaraq yandırılır. Bunu Mərkəzi Tailandda olan "The Arasında Project" adlı insan haqları təşkilatının direktoru Kris Leva deyib.Onun sözlərinə görə, kütləvi  yandırılmaya səbəb qətliamın izini itirməkdir.

Azərbaycanlı qanuni oğrunu ayağından vurublarmış - Yaralı Rəşad Gəncinski xəstəxananı qəfil tərk etdi

5 Sentyabr 2017 11:08

Bir qədər əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan "Rəşad Gəncinski" ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib. O, bir sıra cinayətdə ittiham olunur. Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər.  Onların ilkin ifadələrindən sonra  hüquq-mühafizə orqanları "Raşad Gəncinski" barəsində axtarış elan edib.

İsraillə Livan QARŞI-QARŞIYA: 20 ilin ən böyük manevri gerçəkləşəcək

5 Sentyabr 2017 10:59

İsrail ordusu son 20 ilin ən böyük hərbi manevrini etməyə hazırlaşır. Manevrin Hizbullah təşkilatına qarşı böyük bir hücum olduğu bildirilib. İkinci məqsəd isə Hizbullah militanlarının İsrail sərhədindən keçmələrinin qarşısını almaqdır. İsrail mediasında yayılan məlumata görə, İsrail Kəşfiyyat Xidmətinin keçmiş sədri Meyr Daqanın adını daşıyan hərbi manevrlər Livan sərhədində aparılacaq, Şimali İsrail Müdafiə Komandirliyi tərəfindən idarə ediləcək.

Oğul hamilə anasını öldürüb, cəsədini binadan atdı - DƏHŞƏT

5 Sentyabr 2017 10:57

Hadisə Türkiyənin Şanlıurfa ərazisində qeydə alınıb. 33 yaşlı suriya əsilli Nahiyə Atay 2004-cü ildə Əhməd Atay ilə ailə qurub. İzdivacdan onların 7 övladı dünyaya gəlib.

Bayhandan Dəniz Sekiye GÖZLƏNİLMƏZ JEST

5 Sentyabr 2017 10:54

Bayhan Deniz Sekiye gül çələngi göndərərək Qurban bayramını təbrik edib. Dəniz Seki Kiprdə məşhur hotellərin birində səhnəyə çıxıb. Həbsxanadan çıxdıqdan sonra ilk dəfə bayram konsertlərinə start verən müğənni-bəstəkara xüsusi gül çələngi gəlib.

İŞİD rus karvanına hücum etdi: ölənlər var

5 Sentyabr 2017 10:53

İŞİD terror təşkilatının Suriyanın Deyr əz-Zor şəhərindəki hücumları zamanı 2 rus həlak olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan və Rusiya alimləri birgə tədqiqatlar aparacaqlar

5 Sentyabr 2017 09:43

Rusiya Elmlər Akademiyası A.M.Obuxov adına Atmosfer Fizikası İnstitutunun kiçik elmi işçisi, həmyerlimiz Mirseyid Əkbərov AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə görüşüb. AMEA- dan “Olaylar” – a bildirlib ki, institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov qonağı görüş iştirakçılarına təqdim edərək onun iki institut arasında əlaqə yaratmaq məqsədilə gəldiyini bildirib.