İŞİD rus karvanına hücum etdi: ölənlər var
İŞİD terror təşkilatının Suriyanın Deyr əz-Zor şəhərindəki hücumları zamanı 2 rus həlak olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
5 Sentyabr 2017 10:53 DünyaİŞİD terror təşkilatının Suriyanın Deyr əz-Zor şəhərindəki hücumları zamanı 2 rus həlak olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir: "Əsgərlər Rusiyanın Düşmən Tərəfləri Razılaşdırma Mərkəzinin avtomobil karvanına yoldaşlıq ediblər. Karvan Deyr əz-Zor şəhərində İŞİD-in toplarla hücumuna məruz qalıb. Hücum nəticəsində bir rus əsgəri yerindəcə həlak olub, digəri yaralanıb. Yaralı əsgər xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb". Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31