İSESCO tələb edir - Nobel Sülh mükafatı geri alınsın
ISESCO 1991 – ci ildə Nobel Sülh mükafatına layiq görülən Myanma insan haqları üzrə məruzəçi, ölkənin de – fakto lideri Aung San Suu Kyinin mükafatının geri alınması haqqında açıqlama verib. “Olaylar” bildirir ki, buna səbəb Myanmada müsəlmanlara qarşı törədilən kütləvi qırğındı. Həmçinin ISESCO beynəlxalq ictimaiyyətə Myanmada yaşanan faciə üçün təcili müdaxilələr edilməsini tələb edib. 25 avqustdan bu günə qədər Arakana təşkil olunan hücumlar zamanı çox sayda müsəlmanlar qətlə yetirilib. Hücum nəticəsində 60 – dan çox yaşayış məskəni məhv edilib.
5 Sentyabr 2017 11:25 DünyaISESCO 1991 - ci ildə Nobel Sülh mükafatına layiq görülən Myanma insan haqları üzrə məruzəçi, ölkənin de - fakto lideri Aung San Suu Kyinin mükafatının geri alınması haqqında açıqlama verib. "Olaylar" bildirir ki, buna səbəb Myanmada müsəlmanlara qarşı törədilən kütləvi qırğındı. Həmçinin ISESCO beynəlxalq ictimaiyyətə Myanmada yaşanan faciə üçün təcili müdaxilələr edilməsini tələb edib.
25 avqustdan bu günə qədər Arakana təşkil olunan hücumlar zamanı çox sayda müsəlmanlar qətlə yetirilib. Hücum nəticəsində 60 - dan çox yaşayış məskəni məhv edilib.
BMT bu günə qədər 73 min arakanlı müsəlmanın Bangladeşə keçdiyini bildirir. Ancaq on minlərlə arakanlı sərhəd bölgəsində gözləyir.
Qeyd edək ki, həlak olanların sayı müəyyənləşdirilməyib. Çünki Myanma hökuməti beynəlxalq təşkilatların bölgəyə daxil olmasına icazə vermir. Arakanlı qeyri-hökumət təşkilatları həyatını itirən vətəndaşların sayının min, bəziləri isə rəqəmin minlərlə olduğunu iddia edir.