Oğul hamilə anasını öldürüb, cəsədini binadan atdı - DƏHŞƏT

Hadisə Türkiyənin Şanlıurfa ərazisində qeydə alınıb. 33 yaşlı suriya əsilli Nahiyə Atay 2004-cü ildə Əhməd Atay ilə ailə qurub. İzdivacdan onların 7 övladı dünyaya gəlib.

Hadisə Türkiyənin Şanlıurfa ərazisində qeydə alınıb. 33 yaşlı suriya əsilli Nahiyə Atay 2004-cü ildə Əhməd Atay ilə ailə qurub. İzdivacdan onların 7 övladı dünyaya gəlib.

Həyat yoldaşının ikinci arvadı olan qadın onun ilk evliliyindən olan uşaqları ilə daim mübahisə yaşayırmış. Baş verən mübahisə zəminində ögey oğlu qadını küt alətlə döyərək qətlə yetirib. 6 saat cəsədi evdə saxladıqdan sonra axşam saatlarında yaşadıqları binanın 2-ci mərtəbəsindən yerə ataraq hadisəni intihar olaraq qələmə verməyə çalışıb. Hadisə yerinə gələn tibbi briqada qadının cəsədini ekspertizaya aparıb. Tibbi rəyə əsasən, qadın eyvandan düşməzdən 6 saat əvvəl dünyasını dəyişib. Qadın hamilə olub.

Hadisə ilə bağlı istintaq başladılıb. Polislər qadının ögey oğlunu şübhəli şəxs qismində saxlayıblar. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31