ABŞ-Rusiya gərginliyi artır

ABŞ-Rusiya münasibətlərində böhran dərinləşir. Bu işdə Amerikanın mövcud sistemi və Demokrat Partiyası xüsusilə canfəşanlıq edir. Hətta ABŞ-da Rusiya diplomatik korpusunun binalarına dair atılan adddımları mahiyyət baxımından Rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasına da bənzətmek olar”. “OLAYLAR”-ın xəbərinə görə. bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib.

ABŞ-Rusiya münasibətlərində böhran dərinləşir. Bu işdə Amerikanın mövcud sistemi və Demokrat Partiyası xüsusilə canfəşanlıq edir. Hətta ABŞ-da Rusiya diplomatik korpusunun binalarına dair atılan adddımları mahiyyət baxımından Rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasına da bənzətmek olar". "OLAYLAR"-ın xəbərinə görə. bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib. O, bildirib ki,
Trampın hərəkətləri və Rusiyanın imperyal ambisiyalari da münasibətlərin gərginləşməsinə təsir göstərir: "Ancaq mənə maraqli olan bu gərginlikdə Çin və ABŞ-daki Çin lobbisinin fəaliyyətidir. Məsələn, Demokrat Partiyasına Çinə yaxın dairələrin maddi və siyasi dəstəyi hansı səviyyədə olub? Hazırda Çin ABŞ-Rusiya gərginliyinə necə yanaşır? Bu arada ABŞ ilə Rusiya arasında artan gerginlik Qafqaza da sirayət etsə, Azərbaycan üçün yeni fürsətlərdən daha çox, yeni risqlər yaradacaq. Həm qlobal, həm də Azərbaycan mövzusunda prosesin gələcəyi Trampın daxili siyasətdə mövcud güc mübarizəsindən necə çıxacagına bağlı olacaq. Mən Trampın vəzifədən çıxarılmasının o qədər də asan olmayacagını düşünürəm. Tramp güzəştlər edir, ancaq Rusiya ilə böyüyən gərginlik nə qədər bu güzəştlərin əsas hissəsi olacaq, bunu demək çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31