Gündəm

Hainin doktorundan şok talimat! "Ankara'da savaş hazırlığı..."

5 Sentyabr 2017 09:42

15 Temmuz hain darbe girişiminin ardından FETÖ terör örgütünün hain planları tek tek ortaya çıkıyor. Gülen'in doktoru Ünal, 15 Temmuz'dan iki ay önce TSK imamlarına maille 'darbe hazırlığı' talimatını vermiş. Mailde, bir rüya anlatılarak orduların Ankara'da savaşa hazırlandığı söyleniyor. 15 Temmuz hain darbe girişiminin ardından FETÖ terör örgütünün hain planları tek tek ortaya çıkıyor. FETÖ terör örgütünün en önemli finans kaynaklarından olan KAYNAK Holding'in bilgisayarlarından adeta ihanetin belgeleri çıkıyor. İstanbul Mali Şube Polisleri Kaynak Holding'den elde edilen verileri satır satır inceliyor. Yapılan incelemelerde ise FETÖ'nünAmerika'daki ele başı Fetullah Gülen'in ceketinin üstünden tansiyon ölçen doktoru Kudret Ünal'ın örgüt üyelerine gönderdiği 'darbeye hazırlanın' maili ele geçirildi.

AFB korporativ telefon əlaqəsi

5 Sentyabr 2017 09:38

Azərbaycan Fotoqraflar Birliyi ilə Bakcell şirkətinin razılaşması əsasında korporativ xidmətə qoşulmaq istəyənlərə üçün yeni xidmət təklif edilir. “Olaylar” bildirir ki, AFB korporativ xidmətdən yararlanmaq istəyənlər sizə tarif qiymətləri təqdim olunur. Xidmətə qoşulmaq üçün öz Bakcell telefon nömrənizi və şəxsiyyət vəsiqəsinin surə[email protected] ünvanına göndərməyiniz xahiş olunur.

“Kontrabas” V Beynəlxalq Teatr Festivalında iştirak edəcək

5 Sentyabr 2017 09:37

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizi  Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Teatrdan “Olaylar” – a  bildirilib ki, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar Artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxacaq. Səhnə əsəri oktyabrın 27-də təqdim olunacaq. Tamaşa indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.

Myanmada 58 min müsəlman Banqladeşə sığınıb

3 Sentyabr 2017 19:12

Myanmada zülmə məruz qalan Arakan müsəlmanları canlarını qurtarmaq üçün Banqladeşə sığınırlar.  25 avqustdan etibarən Myanmada Arakan müsəlmanlarına qarşı törədilən silsilə cinayətlər nəticəsində 3 minə yaxın müsəlman öldürülüb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, işgəncələr səbəbindən bölgədən qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 58 minə çatıb.

Orduya qadın başçılıq edəcək

3 Sentyabr 2017 19:05

Hindistanın yeni müdafiə naziri qadın olub. Bu barədə informasiyanı NDTV televiziyası yayıb. Televiziya yeni nazirin adının Nirmala Sitaraman olduğunu bildirib. Qeyd edək ki, Sitaraman bundan öncə ticarət və sənaye naziri kimi çalışıb. O,ölkə tarixində bu vəzifəni tutan ikinci qadın siyasətçidir.

"Harvi" qurbanlarının say ı 44 nəfərə çatıb

3 Sentyabr 2017 19:03

ABŞ-da fəlakətlərə səbəb olan "Harvi" qasırğası qurbanlarının sayı 44-ə çatıb. Qasırğa 8 gündür davam edir. Çox sayda itkin düşənlər var. Hazırda onların axtarışları istiqamətində tədbirlər görülür.

İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü

3 Sentyabr 2017 18:45

İraqda, İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb. Bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib. Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün… Baş verən dəhşətli hadisəyə görə, o, radikal musəlmanları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.

Qəbələdə meşə yanğını

3 Sentyabr 2017 17:45

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.

Prezident: "7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq"

3 Sentyabr 2017 15:30

"Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub". Bu fikirləri Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.

Meksikanın Azərbaycandakı səfirliyi fotomüsabiqə elan edir

3 Sentyabr 2017 13:42

Meksikanın Azərbaycandakı səfirliyi meksikalı heykəltəraş Xorxe Marin ilə birlikdə “Varlığın canlanması” incəsənət əsərləri toplusuna aid foto müsabiqə elan edir. Meksika səfirliyindən "Olaylar"- a verilən məlumata görə, müsabiqə iştirak etmək üçün Xorxe Marinin Heydər Əliyev Mərkəzində təqdim olunan əsərlərindən biri ilə şəkil çəkdirmək və fotonu sentyabrın 7-dək [email protected] elektron ünvanına göndərmək lazımdır.

26 hərbçi həlak oldu

3 Sentyabr 2017 13:31

Somalidə terrorçular Kismayo liman şəhəri ərazisindəki Cubalend hərbi bazasına hücum edib. 26 hərbçinin həlak olduğu bildirilir. Hadisəyə görə məsuliyyəti "Əş-Şabab" terror qruplaşması üzərinə götürüb.

Böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı  - ƏSA  bir yaşında 

3 Sentyabr 2017 13:29

Azərbaycan teatrının “əsası”, ölkənin, eləcə də Böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı olan ƏSA-nın bu gün bir yaşı tamam oldu. ƏSA Teatrının baş meneceri Nicat Qulamın “Olaylar”  - a verdiyi məlumata görə, teatr 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılıb. Yarandığı ilk günlər teatrın heyəti Orxan Adıgözəl, Nicat Qulam, Murad Məmmədov, Elvin Mirzeyev və Nihad Qulamzadədən ibarət olub. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan teatr qısa zamanda bir çox uğurlara imza atıb və irəliləyən zamanda heyətini çoxaldaraq, təkminləşdirib.

Çaylarda suyun səviyyəsi açıqlandı

3 Sentyabr 2017 11:42

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir. Avqustun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Məhəmmədrəsul Məcidov növbəti dəfə dünya çempionu oldu

3 Sentyabr 2017 11:40

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub.  91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb. Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib - 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.

Gürcüstanda NATO təlimləri başlayır

3 Sentyabr 2017 11:38

Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə "Agile Spirit 2017" hərbi təlimlər başlayır. Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatına bildirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur. Bu gün saat 12.00-da Axaltsixe rayonunda yerləşən "Orfolo" poliqonunda "Agile Spirit 2017" hərbi təlimlərinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə ölkə prezidenti Georgi Marqvelaşvili və müdafiə naziri Levan İsoriya iştirak edəcək.