Gündəm
Almaniyada təlaş yaşanır - Hökumət insanlara dərman paylayır
Almaniya hökuməti ölkə vətəndaşlarına dərman paylayıb. Belə ki, Belçika ilə sərhəddə nüvə sızıntısı təhlükəsi Almaniyanın narahatlığına səbəb olub. Almaniya hökuməti Achen bölgəsi sakinlərinə nüvə qazına qarşı yod həbi paylamağa qərar verib. Ətraf mühit üzrə mütəxəssis Markus Kremer bildirib ki, məqsəd bu həbləri paylayaraq insanları daha da çox narahat etmək deyil, amma riski düşünüb bunun qarşısını almaq lazımdır.
Prezident Lənkəranda müşavirə keçirir - 4 rayonun icra hakimi çıxış edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir. Dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb. Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış ediblər.
Ermənilərdən növbəti təxribat: Bu dəfə acıqlarını Araz çayından çıxdılar
Hər vəchlə Azərbaycana zərər vurmağa çalışan Ermənistan bu dəfə ekoloji mühiti və canlıları məhv etmək yolunu seçib. Araz çayına çoxlu miqdarda zəhərli maddənin buraxılması və çayın çirklənməsi balıqların kütləvi qırılması ilə nəticələnib. Belə bir görüntünü Cənubi azərbaycanlı soydaşımız “Xəzər Xəbər”ə göndərib.
Mingəçevirdə DƏHŞƏTLİ MƏNZƏRƏ: Gənc ana 2 övladı ilə birlikdə özünü öldürmək istədi
Mingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib. Hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib. Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.
Zaqatalada fındıq bağlarında yanğın
Zaqatalada fındıq bağlarında yanğın olub. Rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində sakinlərə məxsus 1,5 hektar ərazidə quru ot, kol-kos və 90 ədəd fındıq ağacı yanıb.
Elektrik stansiyasına hücum
İraqın Salahəddin vilayətinin Samirə şəhərində terrorçu kamikadzelərin elektrik stansiyasına hücumu nəticəsində 15 nəfər həlak olub. Elektrik stansiyasına 7 terrorçu hücum edib. Onların hamısı atışma zamanı öldürülüb. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı və elektrik stansiyasının 6 işçisi də həlak olub. Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələrinə elektrik stansiyasına nəzarəti tam bərpa etmək mümkün olub.
İrandan Azərbaycana gələn turistlərin sayında artım var
"İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər". Bu barədə Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib. Bildirilib ki, əcnəbilər üçün "ASAN Viza" sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb:
40-a yaxın zəvvar həlak oldu
Məkkədə bu il Ərəb ölkələrindən olan azı 39 zəvvar həlak ölüb. Ölən zəvvarlar qoca yaşda olublar və xroniki xəstəliklərdən əziyyət çəkiblər. Həmçinin 2,2 mindən çox insanın xəstəxanaya müraciət etdiyi bildirilir.
Güclü külək Qəbələ meşəsindəki alovu geniş ərazilərə yayır
"Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
Hoteldə öldürülən məşhur aparıcı haqqında YENİ FAKTLAR
Filiz Akerin qardaşı qızı Dora Ercanın fotoları şok edib. Vatan Şaşmazı güllələyərək öldürən, daha sonra isə intihar edən Filiz Akerin qardaşı qızı Dora Ercanın haqqında yeni faktlar üzə çıxıb. Belə ki, Dora Ercanın da instaqramda paylaşdığı silahlı fotoları şübhə doğurub. Cinayətdən sonra hadisə haqqında ilk açıqlama verən və müxtəlif televiziya kanallarında danışan Dora Ercanı şübhəli şəxs qismində saxlanılıb.
"Bakı Foto 2017" foto müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Sentyabrın 17 -də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "Bakı Foto 2017" foto müsabiqəsinin iştirakçılarının mükafatlandırılma mərasimi olacaq. "Olaylar" bildirir ki, tədbirdə həmçinin müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi də keçiriləcək. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək: "İçərişəhər: Dünən, Bu Gün", "Portret", "Təbiət", "Tədbirlər" və "Bədii Fotoşəkil".
Prezident Cəlilabada getdi
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib. Ölkə başçısı Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezidentə məlumat verib.
"Qarabağ"ın ilk ev oyununa biletlərin qiyməti AÇIQLANDI
“Qarabağ”ın ilk ev oyununda biletlərin qiymətləri açıqlanıb. Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın qarşılaşacağı “Roma”yla matçın biletlərini sentyabr ayının 7-dən etibarən qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq. Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.
Türk siyasətçi Yerin yuvarlaq olduğunu iddia edənləri masson adlandırdı
AKP-li idarəçi dünyanın əslində düz olduğunu, yuvarlaq olduğunu iddia edənlərin isə masson olduğunu yazıb. AKP-nin Fateh gənclik qolu bölgə başçısının köməkçisi Tolqay Dəmir “akgencfatih.com” saytının məqalələr bölməsində “Düz Dünya Teoremi” adlı məqalə yayımlayıb.
Məşhur aparıcının bacısı qızını bağçada DÖYÜB BU HALA SALDILAR
Məşhur aktrisa-aparıcı Zümrüd Qasımovanın 2 yaşlı bacısı qızı Jasmin bağçada döyülüb. Bu barədə aktrisa feysbuk hesabında məlumat verib. O, bacısıqızının belindəki göz izlərin şəklini paylaşaraq bunları qeyd edib:







.jpg)






