İrandan Azərbaycana gələn turistlərin sayında artım var

"İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər".  Bu barədə Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib. Bildirilib ki, əcnəbilər üçün "ASAN Viza" sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb:

"İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər".

Bu barədə Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, əcnəbilər üçün "ASAN Viza" sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb: "Bu, həmçinin İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir edib. Təsadüfi deyil ki, avqust ayında Azərbaycana gəlmək üçün təxminən 6000 İran vətəndaşı müraciət edib. Bu o deməkdir ki, son aylarda İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı 87% artıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31