Prezident Cəlilabada getdi

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib. Ölkə başçısı Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezidentə məlumat verib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib. Ölkə başçısı Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezidentə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31