Gündəm

"Səs" Beynəlxalq Film Festivalında

2 Sentyabr 2017 09:00

 İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında iştirak edəcək. "Olaylar" bildirir ki, filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışacaq. Bu bölmənin münsiflər heyətinə Əlirza Şahruhi (İran), Yelena Alekseyeva (Rusiya) və Orxan Milli (Türkiyə) daxildir. Festival “mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilir. Bu ilki festival 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən “Səs” filmi də seçilərək şort-listə düşüb.

UEFA İstintaq Palatası “PSJ” klubuna qarşı araşdırmaya başladı

2 Sentyabr 2017 08:49

UEFA Parisin “PSJ” klubuna qarşı araşdırmaya başlayıb. Bu barədə qurumun rəsmi saytında bildirilir. Məlumata əsasən, “PSJ” maliyyə “fair-play”ini pozmaqda şübhəli bilinir. “Yaxın aylarda İstintaq Palatası işlə əlaqəli bütün sənədləri hərtərəfli qiymətləndirmək üçün mütəmadi görüşlər keçirəcək”, məlumatda qeyd olunur. Qeyd edək ki, yay “transfer pəncərəsi” zamanı “Barselona”dan rekord məbləğə, 222 milyon avroya braziliyalı Neymarı transfer edən PSJ daha sonra “Monako”dan  Kilian Mbappeni icarə əsasında heyətinə qatıb.

Bu qidaları soyuducuya qoymayın - SİYAHI

2 Sentyabr 2017 08:47

Adətən bazardan aldığımız hər şeyi soyuducuya qoymağa çalışırıq. Düşünürük ki, soyuducuda olan şeylər daha gec xarab olacaq. Əslində isə hər şeyi soyuducuda saxlamaq səhvdir. Soyuducuya qoymayacağımız qidalarla sizi tanış olun. Zeytunyağı

ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub

2 Sentyabr 2017 08:44

Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir. "Olaylar" bildirir ki, yanğının söndürülməsi üçün ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Mətbəximizin unudulmuş 8 yeməyi

2 Sentyabr 2017 08:40

İçərişəhərdə “Unudulmuş yeməklər” adlı yemək festivalı başlayıb. Festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir. Hazırlanmasında və təqdimatında festivala ziyarətçilərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəximizin unudulmuş zənginliklərini nümayiş etdirərək, xalqımızın zəngin süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.

Tələbəsini sevən müəllim özünü niyə asdı? - Göyçaydakı intiharın gizlin səbəbi

2 Sentyabr 2017 08:38

Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib. Göyçayda baş verən intiharın bəzi təfərrüatlarını əldə edilib. Əldə etdiyimiz məlumata görə intihar edən Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Həmidov Hüseyn Maarif oğlunun intihar etməyinə səbəb sevgi münasibətidir. Məlumata Hüseyn bir müddət əvvəl dərs keçdiyi tələbələrdən biri ilə sevgili olub və bu münasibətdən hər iki tərəfin ailələri xəbər tutub. Dünən axşam intihardan bir neçə saat öncə Hüseynin kimlinləsə görüşdüyü məlum olub. Bu şəxsin kimliyi hələlik açıqlanmır. Məhz bu görüşdən sonra Hüseyn həyətdə olan ağacdan özünü asıb.

Film Fondunda müşavirə

1 Sentyabr 2017 12:07

Dövlət Film Fondunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib. Kino işinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu müşavirədə “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “Yaddaş” və “Salnamə” studiyalarının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nümayəndələri iştirak edib.  Nazirliyindən "Olaylar" -a bildirilib ki, müşavirədə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son 10 ildə görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu il 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlandı

1 Sentyabr 2017 12:03

2017/2018-ci tədris ilində Azərbaycanda 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 945 şagird gedəcək:

Azərbaycan xalçaları AMERİKADA

1 Sentyabr 2017 11:44

Sentyabrın 7-də Vaşinqtonda Yaxın Şərq İnstitutunda Azərbaycan xalçalarının sərgisi keçiriləcək. "Olaylar" bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutacaq sərgidə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq sənətinin ənənələri ilə tanış olacaqlar.

“İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusu istiqamətində MÜSABİQƏ

1 Sentyabr 2017 11:38

Azərbaycan Fotoqraflar Birliyi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar olaraq, yazı və poster /foto müsabiqəsi  elan edir. “Olaylar” bildirir ki, respublika   səviyyəsində müsabiqəni təşkil etməkdə əsas məqsəd İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası   prizmasından yanaşaraq, məsələnin aktuallığını daha da artırmaq və bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına dəstək olmaqdır. Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq yazı və poster/foto vəsaitlərini hazırlamalıdırlar:   “Azərbaycan Həmrəylik nümunəsi kimi ”, “İslam elm tarixində Azərbaycan məktəbi”, “Yeni dünya çağırışları: Avropa və İslam”, “İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər”, “Yeni dünya çağırışları: Azərbaycan və İslam”, “İslam və demokratiya: Tarix və Müasirlik”, “İslam həmrəyliyi: Dini və Mədəni müxtəlifliyin harmoniyası”, “İslam həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə”, “Heydər Əliyev irsi və İslam həmrəyliyi “, “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”, “İslam mədəniyyətində qadın”, “İslam və iqtisadi inkişaf” və “İslam Mədəniyyəti: Problemlər və Perspektivlər”.

Yuğ Dövlət Teatrının direktoru  Beynəlxalq Teatr Festivalında

1 Sentyabr 2017 10:51

Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır.Teatrdan “Olaylar” – a bildirilib ki,  Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda  T.Rəsulov “Ritual tamaşasında spontan ifaçılıq texnikası” adlı məruzə ilə çıxış edib. Festival sentyabrın 6 – dək davam edəcək.

Cəbhədə gərgin gecə

1 Sentyabr 2017 10:43

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. Bu barədə məlumat Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında cümə günü, sentyabrın 1-də yerləşdirilib. MəlumataErmənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Xızıda 45 ədəd partlamamış hərbi sursat tapıldı

1 Sentyabr 2017 10:40

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir. ANAMA-dan verilən məlumata görə, avqustun 31-də hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib, 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülmüş, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) əraziyə yoxlanılıb.

Bayram namazı qılındı

1 Sentyabr 2017 10:38

Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb. Bu gün Qurban bayramı münasibətilə saat 09:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlı Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

“LG” şirkəti “V30” smartfonunu təqdim edib

31 Avqust 2017 20:03

“LG” şirkəti köməkçi displeyə malik “V” istehsal xəttinə məxsus yeni qabaqcıl smartfonunu təqdim edib. Amma bu il smartfon köməkçi displeydən  məhrum edilib. Kiçikölçülü əlavə ekran bu istehsal xəttinə aid smartfonların əsas özəlliyi idi, amma cari ildə qurğu köməkçi ekrandan məhrum edilib və əsas ekranın diaqonalı artırılıb. “LG V30” smartfonunun korpusu “Gorilla Glass 5” qorunmuş şüşəsindən hazırlanıb. Arxa paneldə barmaq izi skaneri quraşdırılıb.