Yuğ Dövlət Teatrının direktoru Beynəlxalq Teatr Festivalında
Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır.Teatrdan “Olaylar” – a bildirilib ki, Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda T.Rəsulov “Ritual tamaşasında spontan ifaçılıq texnikası” adlı məruzə ilə çıxış edib. Festival sentyabrın 6 – dək davam edəcək.
1 Sentyabr 2017 10:51 Teatr və kinoYuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır.Teatrdan "Olaylar" - a bildirilib ki, Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda T.Rəsulov "Ritual tamaşasında spontan ifaçılıq texnikası" adlı məruzə ilə çıxış edib. Festival sentyabrın 6 - dək davam edəcək.
Qeyd edək ki, seminarda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən - Efiopiya, Bolqarıstan, Portuqaliya, Fransa, Malayziya, Belçika, Kanada və İrandan nüfuzlu teatr xadimləri iştirak edir.