Gündəm

“Samsung Galaxy S9” barədə ilk məlumatlar açıqlanıb

31 Avqust 2017 19:55

İnternetdə “Samsung” şirkətinin 2018-ci ilin birinci yarısında buraxılacaq yeni qabaqcıl “Samsung Galaxy S9” smartfon modeli barədə ilk məlumatlar dərc edilib. Məlumata görə, yeni qurğu növbəti ildə qabaqcıl modellər üçün etalon olacaq “Qualcomm Snapdragon 845” prosessoru və ya “Samsung Exynos 9810” çipi əsasında işləyəcək.

Süni intellekt xəstələrin müalicəsinin nəticələrini proqnozlaşdıracaq

31 Avqust 2017 19:50

Massaçusets Texnologiya İnstitutunun kompüter elmləri və süni intellekt laboratoriyası kompüter təlimi texnologiyalarının tibdə tətbiqi - intensiv terapiya bölmələrində xəstələrin müalicə metodlarının müəyyənləşdirilməsi üçün yeni üsullar hazırlayıb.   

İdmançılar üçün yeni “Samsung” qurğuları təqdim olunub

31 Avqust 2017 19:45

“Samsung” şirkəti Berlində keçirilən “IFA 2017” sərgisi çərçivəsində üç yeni daşınan qurğu təqdim edib: idman funksiyaları genişləndirilən “Gear Sport” “ağıllı” saatı, suyadavamlı “Gear Fit 2 Pro” fitnes bilərziyi və simsiz “Gear IconX” (2018) qulaqcığı.

“Windows 10” korporativ sektorda populyarlığa görə “Windows XP” sistemini geridə qoyub

31 Avqust 2017 19:40

“Spiceworks” şirkətinin analitiklərinin məlumatına görə, “Windows 10” sisteminin təqdim edilməsindən 2 il sonra bu əməliyyat sistemi korporativ sektorda “Windows XP”-dən daha populyar olub.

“WhatsApp” biznes sahiblərini müştərilərlə ünsiyyət üçün çat yaratmağa dəvət edir

31 Avqust 2017 19:35

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri biznes hesab sahibləri üçün bir neçə yeni funksiya istifadəyə verib. Birincisi, sözügedən xidmətin komandası bu və ya digər brendə məxsus hesabın əsilliyini təsdiq etməyə imkan verib.

Alimlər: "Ali təhsil almaq infark riskini 30% azaldır"

31 Avqust 2017 19:30

Ali təhsil almaq ürək tutması zamanı fəsadları 30% azaldır. Bu barədə Oksford Universitetinin alimlərinin yeni araşdırmasında deyilir. 500 mindən artıq insanı müayinə edən alimlər məktəbdən sonra 3,6 il əlavə təhsil almağın infarkt riskini 30% azaltdığını müəyyən edib.

Xəbərdarlıq: Donorluq insanın immunitetinə təsir göstərir

31 Avqust 2017 19:26

Amerika Tibb Assosiasiyası müvafiq araşdırmalar nəticəsində təsdiqləyib ki, donorluq insanın immunitetinə təsir göstərir. Məlumdur ki, qanvermə insanın sağlamlığı üçün faydalıdır. Tədqiqatlar göstərib ki, donorluq ürək tutmaları ehtimalını azaldır. Amerika Tibb Assosiasiyasının mütəxəssisləri 40-60 yaşlarında olan 2682 nəfərin səhhətini yarım il ərzində izləyiblər. Tədqiqatlar göstərib ki, mütəmadi olaraq qan verən insanlarda ürək tutmaları və ya insult ehtimalı 10 faiz həddində dəyişir.

Hansı daha faydalıdır: Qaçış, yoxsa yeriş?

31 Avqust 2017 19:20

İdman yerişi ilə məşğul olanlar bəlkə də onların yanından şütüyüb keçən qaçışçılara bir qədər həsəd aparırlar. Qaçışçılar bir az tərləsələr də özlərindən çox razı olur. Amma siz onlara həsəd aparmayın – idman yerişi qaçış ilə müqayisədə ondan heç də geri qalmayan səmərəli məşğuliyyət ola bilər.

ŞOK: Bu xəstəlik Roma İmperiyasını məhv edib!

31 Avqust 2017 19:14

XIX əsrin ortalarında bütün dünyaya yayılmış taun xəstəliyi neçə əsrlər əvvəl Roma İmperiyasının ərazisində tüğyan edib və ehtimal ki, onun süqutuna gətirib çıxarıb. Alimlər taun qurbanlarının DNT skeletlərini tədqiq etdikdən sonra belə qənaətə gəliblər. Mütəxəssislər əmindirlər ki, “qara ölüm” kimi məşhur olan xəstəliyi törədən “Yersinia Pestis” bakteriyası eramızın VI əsrində təxminən 100 milyon insan məhv edib.

Alimlər: Dostluq insana sağlamlıq verir

31 Avqust 2017 19:09

Şimali Karolina Universitetinin alimləri öz fakültələrinin 65 nümayəndəsinin vəziyyətini araşdıraraq belə bir maraqlı fakt müəyyən ediblər ki, insanlar arasında yaxşı dostluq münasibətləri insanın sağlamlığını xeyli möhkəmləndirməyə və müsbət emosiyalar bəxş etməyə qadirdir.

Alkoqollu içkilərdən tam imtina etmək sümükləri bərpa edir

31 Avqust 2017 19:04

Avstriyalı alimlərə görə, alkoqollu içkilərdən tam imtina edilməsi, müntəzəm və intensiv idman məşğələləri itirilmiş sümük kütləsinin bərpa olunmasına kömək edə bilər.Tədqiqatçılar hər birinin yaşı 50-dən yuxarı olan 50-dən çox adamın iştirakı ilə aparılmış elmi eksperimentlər nəticəsində sübut ediblər ki, orqanizmdə sümük toxumasının fəal bərpası prosesinin başlanması üçün cəmi iki ay ərzində alkoqollu içkilərdən tam imtina edilməsi kifayətdir.

Cəmiyyətdə daim qınağa çevrilən məsələ - Boşanmış qadının ikinci dəfə ərə getməsi

31 Avqust 2017 19:00

"Filan qadın ərindən boşanıb, ikinci dəfə ərə getdi. Görürsünüz də, digər qadınlara necə pis nümunədir?!" Bu cür düşünənlərin təbirincə, boşanmış qadınlar cəmiyyətdə daş-qalaq olunmalıdır. Bu səbəbdən də  Azərbaycan cəmiyyətində ailə qurmaq haqqında təsəvvürlər bir-birinə qarışıb.

Bu qidaları soyuducuya qoymayın - SİYAHI

31 Avqust 2017 18:55

Adətən bazardan aldığımız hər şeyi soyuducuya qoymağa çalışırıq.  Düşünürük ki, soyuducuda olan şeylər daha gec xarab olacaq. Əslində isə hər şeyi soyuducuda saxlamaq səhvdir.

Günəş saçlarınızı xarab edib?

31 Avqust 2017 18:50

Yay aylarında dəniz və hovuzdan dolayı korlanan saçlarınızı yenidən canlandırmaq zamanı gəldi.

Tanınmış müğənni həbs olundu - 17 bıçaq zərbəsinə görə

31 Avqust 2017 18:47

Rusiyalı müğənni Aleksandr Yermak həbs olunub. Onu tanışına 17 bıçaq zərbəsi vurduğu üçün tutublar. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, hadisə 5 gün əvvəl - avqustun 24-dən 25-ə keçən gecə baş verib. Aleksandr 45 yaşlı tanışı ilə yeyib-içdikdən sonra onunla mübahisə etməyə başlayıb. Mübahisə Yermakın dostuna 17 bıçaq zərbəsi endirməklə bitib. Kişi hadisə yerindəcə dünyasını dəyişib. Müğənni isə insident baş verdiyi yerdən qaçaraq gizlənib.