Gündəm

Payızda dəbdə olacaq ən populyar 7 rəng

31 Avqust 2017 18:45

Dəbdə olan kəsim və saç rəngi hər bir qız üçün aktual obrazın ən mühüm tərkib hissələrindən biridir. Necə deyərlər düzgün seçilmiş saç düzümü və uğurlu rəngləmə sizi əsl gözəllik ilahəsinə çevirir, uğursuz saç rəngi isə hətta ən cəlbedici və təsirli görünüşü pozaraq sahibini rəzil edir. O da məlumdur ki, artıq geyim və aksessuar dəbi ilə birgə saç rəngləri də hər mövsüm dəyişikliyə məruz qalır.

Tvitterdən istifadəçisinə QEYRİ-ADİ CƏZA: Səbəbi sizi də TƏƏCCÜBLƏNDİRƏCƏK

31 Avqust 2017 18:40

Yaponiyadan olan istifadəçi Tvitterdə ömürlük blok olunub.  @nemuismywife ləqəb-adlı istifadəçi onu dişləyən ağcaqanada ölüm arzuladığı üçün sosial şəbəkədən sərt cəza alıb. Bu barədə “Mashable” məlumat yayıb.

Şəkərin səviyyəsini aşağı salan ucuz kələm RESEPTİ

31 Avqust 2017 18:35

Şəkər xəstəsi olan insanlar yediyinə və içdiyinə xüsusilə diqqət etmək məcburiyyətindədir. Çünki bir sıra yeməklər qanda şəkərin miqdarının yüksəlməsinə səbəb ola bilər.

Əfsanəvi aktyor dünyasını dəyişdi

31 Avqust 2017 18:30

Bu gün uzun sürən xəstəlikdən sonra həyatının 84-cü ilində tanınmış aktyor Yuliy Qusmanın “Qorxma mən səninləyəm” filminin sevimli ulduzu Muxtarbek Kantemirov dünyasını dəyişib.

Tbilisidə Ermənistanakı gürcü monastırının vəziyyəti ilə bağlı etiraz aksiyası keçirilib

31 Avqust 2017 18:19

Gürcüstanın hökumət administrasiyasının binası qarşısında Ermənistanda yerləşən qədim gürcü dini abidəsinin hazırkı vəziyyəti ilə bağlı aksiya keçirilib. “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəallarının keçirdiyi aksiyada Ermənistan tərəfindən Hucabi monastırının mənimsənilməsinə etiraz bildirilib. Etirazçılar Gürcüstan hökumətini adıçəkilən monastırın taleyinə biganə qalmamağa çağırıblar. Aksiyada "Hucabi Gürcüstanındır!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirilib.

Nazirlikdən telekanallara müraciət: ” Milli filmlərin nümayişinə diqqət artırılmalıdır”

31 Avqust 2017 18:18

Dövlət Film Fondunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib.  Kino işinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirə olunduğu müşavirədə kino qurumlarının rəhbərləri iştirak edib. Müşavirədə çıxış edən Ə.Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son 10 ildə görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə kino sahəsində qazanılan nailiyyətləri təhlil edən nazir müavini işdə olan qüsurlardan da söz açıb. Kino qurumlarının hazırkı fəaliyyəti və görəcəkləri işlərlə bağlı qarşıya qoyulan məqsədlər diqqətə çatdırılıb.

"Qarabağ"ın sabiq hücumçusu A seriyasında - 2 milyona aldılar

31 Avqust 2017 18:16

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İtaliya A seriyası təmsilçisi "Benevento"ya transfer olunub. İsveçli oyunçu ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. Qeyri-rəsmi məlumata görə, bu transfer üçün "Benevento" 2 milyon avro təzminat ödəyib.

"1800 maaş alıram, bacım bir əməliyyatı 5 minə edir, anamın 50-70 minlik qrantları var" — 1 milyonu oğurlanan alimin professor qızından MARAQLI AÇIQLAMALA

31 Avqust 2017 18:15

AMEA-nın professoru, Əlyazmalar İnstitutunun evindən 1 milyonluq oğurluq edilmiş direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva maraqlı açıqlamalar verib. G.Əliyeva bildirib ki, qarşı tərəf məsələni ictimailəşdirməklə onlara təzyiq göstərməyə çalışır: "Məlumat doğrudur. Bu adamlar bizim evimizdən 500 min pul aparıblar.

Bakıda alimin evindən 1 milyon oğurlandı - “50 illdir ev-eşik sahibiyəm, uşaq deyiləm”

31 Avqust 2017 18:06

Bakıda alimin evindən 1 milyon 200 min manatlıq oğurluq edildiyi iddia olunur. AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. İddiaya görə, oğurluq etmiş şəxs alimin evində xadimə kimi çalışan Zeynalova Xanım Abduləli qızıdır.

Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

31 Avqust 2017 18:02

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilən şikayətə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib.

Rusiya qərarını dəyişdi - Türkiyədən pomidor alacaq

31 Avqust 2017 17:50

Rusiya Türkiyədən pomidor tədarükünə icazə verib. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, icazə Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edilib.

Zaxarova: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə məlumatımız yoxdur”

31 Avqust 2017 17:48

Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata münasibət bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin bu barədə sualını cavablandırıb. O bildirib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir. M. Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da söyləyib: “Bu barədə məlumat olan kimi, bildirəcəyik”.

Gürcüstan 2,5 milyondan çox turist qəbul edib

31 Avqust 2017 17:45

2016-cı ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 2,5 milyondan çox ziyarətçiyə xidmət göstərib ki, bu da 2015-ci ilin göstəricisindən 37% çoxdur.

Bakıda əcnəbi xanımı barda döydülər

31 Avqust 2017 17:44

Küveyt vətəndaşı olan xanım Bakıdakı barlardan birində döyülüb. Bu barədə hospitaldan Xətayi Rayon Polis İdarəsinə məlumat daxil olub. Belə ki, Bulvar oteldə müvəqqəti yaşayan Küveyn vətəndaşı Elamar Rabaa Abudimehram qızı 23:00 radələrində İçəri Şəhərdə yerləşən adını bilmədiyi bir barda döyülərək baş və üz nahiyələrindən xəsarət alıb. Müvəqqəti yaşadığı otelin qarşısında tapılan qıza tibbi yardım göstərilib.