Gündəm

Daha 3 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrıldı

31 Avqust 2017 17:36

Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan prezidenti slovakiyalı həmkarını təbrik etdi

31 Avqust 2017 17:15

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib.

Deputatlarımız AŞPA-nın büro və komitə iclaslarında iştirak edəcək

31 Avqust 2017 17:11

Sentyabrın 4-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək.

Mariya Zaxarova: "Hoqlandın bəyanatında yenilik yoxdur"

31 Avqust 2017 17:10

"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Daölıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər". Bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiya Ali Məhkəməsinin binası atəş tutuldu

31 Avqust 2017 17:08

Moskvada naməlum şəxs Rusiya Ali Məhkəməsinin binasına atəş açıb. Povarskaya küçəsində yerləşən bina pnevmatik silahdan atəşə tutulub. İnsidentin avqustun 30-a keçən gecə baş verdiyi bildirilir. Nəticədə birinci mərtəbənin pəncərəsinə ziyan dəyib.

Luiş Nani komandasını dəyişib

31 Avqust 2017 17:06

Portuqaliya millisinin və "Valensiya"nın futbolçusu Luiş Nani komandasını dəyişib. Məlumata görə,"yarasalar"da əsas heyətdə düşünülməyən vinger karyerasını İtaliyada davam etdirəcək. 30 yaşlı futbolçu A Seriya təmsilçisi "Latsio" ilə müqavilə imzalayıb. Cinah futbolçusu mövsümün sonuna qədər paytaxt klubunda top qovacaq.

Mumbayda bina uçdu 15 ölü

31 Avqust 2017 17:03

Hindistanın Mumbay şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 34 nəfər isə yaralanıb.

İŞİD sentyabrın 1-də Moskvanı qana boyamağı planlaşdırırdı

31 Avqust 2017 17:02

Federal Təhlükəsizlik Xidməti (FTX) sentyabrın 1-də paytaxt Moskvada və Moskva vilayətində terror aktları həyata keçirməyi planlaşdıran iki nəfəri saxlayıb. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

"Qarabağ" fransalı hücumçu ilə maraqlanır

31 Avqust 2017 17:00

"Qarabağ"ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib.  Ağdam klubu 28 yaşlı Yoan Mollo ilə maraqlanır. Fransalı forvard "Zenit"lə müqaviləsini artıq pozub.

Geomaqnit qasırğası artıq başladı - XƏBƏRDARLIQ

31 Avqust 2017 16:55

“Bir neçə gün əvvəl proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb”. Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb

31 Avqust 2017 16:49

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki,  Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları dərhal yanğın baş vermiş əraziyə cəlb olunub. 

Ruslara işləyən alman siyasətçilərinin Qarabağ səfəri ətrafında qalmaqal

31 Avqust 2017 16:45

Almaniyada radikal sağçı mövqeyə malik “Almaniya üçün alternativ” (AfD) partiyasından olan iki deputatın Azərbaycanın işğal altındakı ərazilərinə bu ilin fevralında etdiyi səfərə görə cinayət işi qaldırılıb. Bunu Azərbaycanın Berlindəki səfirliyinin mətbuat katibi Vüqar Qafarov “Schweriner Volkszeitung” qəzetinin əməkdaşına bildirib.

Bakıda mənzili fahişəxanaya çevirən Seyidağa tutuldu

31 Avqust 2017 16:43

Paytaxtda əxlaqsızlıq yuvası təşkil edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Bakı şəhərinin Xətai rayonu ərazisindəki evlərdən birində gəlir əldə etmək məqsədilə əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Seyidağa Cəfərov İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.

Türkiyədə azərbaycanlı qızları satan qadın şərti cəza aldı

31 Avqust 2017 16:41

Bakı Ağır Cinayətlər Məhkəməsi, insan alverində təqsirləndirilən paytaxt sakini Babayeva Sədaqət Mehar qızını 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “Sputnik” xəbər verir. Sədaqət Babayeva qadınların Azərbaycandan kənarda seksual istismarı ilə məşğul olan cinayətkar qruplaşmanın üzvü olub.

Nazirlikdən Lapşinin ekstradisiya məsələsi ilə bağlı AÇIQLAMA

31 Avqust 2017 16:36

Həbsdə olan bloger Aleksandr Lapşinin öz ölkəsinə ekstradisiyası üçün Azərbaycan tərəfə müraciət edilməyib. Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, A.Lapşinin ekstradisiya edilməsi ilə bağlı heç bir ölkə və səfirlikdən Azərbaycan Ədliyyə Nazirliyinə müraciət daxil olmayıb.