İŞİD sentyabrın 1-də Moskvanı qana boyamağı planlaşdırırdı
Federal Təhlükəsizlik Xidməti (FTX) sentyabrın 1-də paytaxt Moskvada və Moskva vilayətində terror aktları həyata keçirməyi planlaşdıran iki nəfəri saxlayıb. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.
31 Avqust 2017 17:02 DünyaFederal Təhlükəsizlik Xidməti (FTX) sentyabrın 1-də paytaxt Moskvada və Moskva vilayətində terror aktları həyata keçirməyi planlaşdıran iki nəfəri saxlayıb. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.
Saxlanılan şəxslər Mərkəzi Asiya sakinləridir. "Saxlanılanlardan biri Bilik Günü ərəfəsində sosial şəbəkədə İŞİD terror təşkilatının üzvlərinə video müraciət yerləşdirib. O, müraciətdə terrorçulara sədaqət andı içib", - xəbərdə deyilir. Şübhəli şəxslərdən birinin telefonunda İŞİD terrorçuları ilə əlaqə nömrələri və terror aktlarına hazırlıq üzrə təlimatlar aşkarlanıb. Axtarış zamanı şübhəlilərdən paytlayış gücü yüksək olan əldəqayırma partlayıcı qurğu, həmçinin onun istehsalı üçün komponentlər tapılıb. Onlar kamikadze olmağa hazırlaşdığını etiraf ediblər. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.