Luiş Nani komandasını dəyişib

Portuqaliya millisinin və "Valensiya"nın futbolçusu Luiş Nani komandasını dəyişib. Məlumata görə,"yarasalar"da əsas heyətdə düşünülməyən vinger karyerasını İtaliyada davam etdirəcək. 30 yaşlı futbolçu A Seriya təmsilçisi "Latsio" ilə müqavilə imzalayıb. Cinah futbolçusu mövsümün sonuna qədər paytaxt klubunda top qovacaq.

Paytaxt klubu müqavilənin şərtlərinə görə, Nanini mövsümün sonunda 10 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Nani "Valensiya"ya ötən mövsüm "Fənərbaxça"dan keçmişdi. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31