Gündəm
XİN-dən Ermənistanın yalanına cavab: "Məqsəd gərginlik fonu yaratmaqdır"
Azərbaycan Respublikası Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə Ermənistan Xarici İşlər Nazirliyinin twitter vasitəsilə yaydığı xəbər ucuz dezinformasiyadır.
Telafer İŞİD – dən tamamilə AZAD EDİLDİ
İraq Baş naziri Heydər əl-İbadi türkmənlərin yaşadığı Telafər şəhərinin İŞİD terror təşkilatından tamamilə azad olunduğunu bildirib. Nazir Təlafəri İŞİD terror təşkilatından təmizləməklə, Mosulu bütünlüklə terror təşkilatından azad etdiklərini açıqlayıb. “Harada olursunuzsa olun torpaqlarımızı qurtarmağa gəlirik. Önünüzdə ya ölüm ya da təslimiyyət var" – deyə, nazir İŞİD – çilərə səslənib.
"Bakıdan getdiyimə görə peşmanam" - Hacı Zeynalabdinin nəticəsi
Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar.
Ağcabədidə canavarlar 15 qoyunu parçaladı
Ağcabədidə canavarlar təsərrüfata hücum edib. Hadisə rayonun Şənlik kəndində baş verib. Kənd sakini Arif Məmmədova məxsus təsərrüfata hücum edən canavarlar 15 baş qoyunu parçalayıb, 22 qoyunu isə ölümcül vəziyyətə salıb.
22 rayon və şəhərdə Əmək yarmarkaları keçiriləcək
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən Əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur.
ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırdı
ATƏT-in Yerevandakı ofisi bu gün fəaliyyətini dayandırıb. 17 illik fəaliyyətdən sonra ofis bağlanıb və bina üzərindəki bayraq endirilib.
Dini Komitədən Qurban bayramı ilə bağlı XƏBƏRDARLIQ: Qarşısı alınacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bayram namazlarının müəyyən edilmiş qrafik üzrə qılınması ilə bağlı tövsiyələr verib. DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, komitənin əməkdaşları tərəfindən bununla bağlı vətəndaşlara müvafiq tövsiyələr verilib. O qeyd edib ki, komitə tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir: “Monitorinqlər bayram günlərində də keçiriləcək. Ümumiyyətlə namazların, ibadətlərin, o cümlədən bayram namazlarının müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilməsinə monitorinqlər vasitəsilə nəzarət olunur”.
Politoloq: “Bu dövlətlərin xarici siyasətində münaqişənin həlli ilə bağlı bir addım görmürəm”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şeferden Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bir şey gözləmirəm. Bu fikri politoloq Rüstəm Məmmədov bildirib.
Pulun insan davranışına bilmədiyimiz təsiri – Tədqiqat
Çin alimləri pulun və pullu olmaq barədə fikirlərin insana necə təsir göstərdiyini müəyyən ediblər. Mütəxəssislər tədqiqat zamanı maraqlı bir ehtimalı təsdiq ediblər. Məlumata görə, insanın xudbin və qaradinməz olması üçün onun pul barədə düşünməsi yetərlidir. Onların fikrincə, tək bir pul barədə düşünmək insanın davranışını kəskin dəyişdirə bilər. Alimlər Afrikanın yoxsul ölkələri Somali və Zimbabvedə iki qrup könüllü üzərində eksperimentlər aparıblar. Qruplardan birinin üzvlərinə əvvəlcədən pul əskinaslarının və metal pulların təsvirlərini göstəriblər. Tədqiqatın nəticələri göstərib ki, bu qrupa daxil olan könüllülər emosiyalarını gizlətməyə və qaradinməz olmağa daha çox meylli olublar.
Oğuzda meşə yanğını başlayıb
Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanıb.Əlavə məlumat veriləcək.
Kolleclərə qəbulun nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Elzadan onu tənqid edənlərə cavab: "Tikim sizin ağzınızı"
"Xalqın şairi" verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb. E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib.
Dağıstanda Nadir şahın 1 milyon avroluq damasını oğurlayan dəstə saxlanılıb
Dağıstanda Nadir şahın dama oyununu oğurlayan cinayətkar dəstə üzvləri saxlanılıb. Polis Kubaçi İncəsənət Kombinatından oğurluq etməkdə şübhəli bilinən 6 nəfəri həbs edib. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, onların oğurladıqları qiymətli əşyalar sırasında dəyəri 1 milyon avro məbləğində qiymətləndirilən dama da olub.
Erməni politoloqdan ETİRAF: “Qarabağ problemi Ermənistana faciə yaşadır”
“Son 25 ildə Qarabağ münaqişəsinin həllində heç bir müsbət dəyişiklik və irəliləyiş olmayıb". Bu barədə politoloq Ayk Martirosyan keçirdiyi mətbuat konfransında deyib. O, Qarabağ münaqişəsini erməni xalqının ən böyük faciəsi adlandırıb. “Qarabağ münaqişəsi xalqımızın və dövlətimizin faciəsidir.
Bakıda avtobusların fəaliyyətinə xüsusi nəzarət olunacaq
Qurban bayramı günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq.














