Pulun insan davranışına bilmədiyimiz təsiri – Tədqiqat
Çin alimləri pulun və pullu olmaq barədə fikirlərin insana necə təsir göstərdiyini müəyyən ediblər. Mütəxəssislər tədqiqat zamanı maraqlı bir ehtimalı təsdiq ediblər. Məlumata görə, insanın xudbin və qaradinməz olması üçün onun pul barədə düşünməsi yetərlidir. Onların fikrincə, tək bir pul barədə düşünmək insanın davranışını kəskin dəyişdirə bilər. Alimlər Afrikanın yoxsul ölkələri Somali və Zimbabvedə iki qrup könüllü üzərində eksperimentlər aparıblar. Qruplardan birinin üzvlərinə əvvəlcədən pul əskinaslarının və metal pulların təsvirlərini göstəriblər. Tədqiqatın nəticələri göstərib ki, bu qrupa daxil olan könüllülər emosiyalarını gizlətməyə və qaradinməz olmağa daha çox meylli olublar.
31 Avqust 2017 16:00 DünyaÇin alimləri pulun və pullu olmaq barədə fikirlərin insana necə təsir göstərdiyini müəyyən ediblər. Mütəxəssislər tədqiqat zamanı maraqlı bir ehtimalı təsdiq ediblər. Məlumata görə, insanın xudbin və qaradinməz olması üçün onun pul barədə düşünməsi yetərlidir. Onların fikrincə, tək bir pul barədə düşünmək insanın davranışını kəskin dəyişdirə bilər. Alimlər Afrikanın yoxsul ölkələri Somali və Zimbabvedə iki qrup könüllü üzərində eksperimentlər aparıblar. Qruplardan birinin üzvlərinə əvvəlcədən pul əskinaslarının və metal pulların təsvirlərini göstəriblər. Tədqiqatın nəticələri göstərib ki, bu qrupa daxil olan könüllülər emosiyalarını gizlətməyə və qaradinməz olmağa daha çox meylli olublar.
Qeyd edək ki, alimlərin gəldiyi qənaət əvvəllər də bu mövzuda aparılmış eksperimentlərlə səsləşir. Məsələn, Minnesota Universitetinin professoru Ketlin Vos öz elmi işində göstərib ki, pul barədə fikirlər insanları ətrafdakılardan uzaqlaşdırır. Nəticədə onlar kənardan kömək qəbul etməyə və başqalarına yardım göstərməyə az meylli olurlar. Azadinform Türkiyə mətbuatına istinadla xəbər verir.