Gündəm
Türkiyədə 5 günə 45 adam öldü
Türkiyədə son 5 gün ərzində baş verən yol-nəqliyyat hadisələrində 45 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyə Polis İdarəsinin rəhbəri Selmai Altınok məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər əsasən magistrallarda baş verən avtomobil qəzalarında dünyasını dəyişib. Polis İdarəsi rəhbəri bildirib ki, qəzalar əsasən ölkədə Qurban bayramının qeyd edildiyi günlərə təsadüf edib. S.Altınok yol polisinin bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyini qeyd edib.
Məhz dövlətin qayğısı ilə mətbuat öz inkişafına nail olub
Mətbuatımızın yarandığı gündən bu günə qədərki, tarixinə, müasir inkişaf yoluna Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə birgə işıq tutmağa çalışdıq. İlk olaraq Məhəmməd bəy Azərbaycan mətbuatının yaranma tarixindən danışdı.
Ermənistan ordusunda zabit özbaşınalığı və "dedovşina"
Ermənistan ordusunda zabitlərin özbaşınalığı və "dedovşina" bu ölkədə artıq əsgər valideynlərinin qorxulu kabusuna çevrilib. Bu gün övladını hərbi xidmətə yola salan analar hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yerərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədən kənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxurlar.
“N brothers” üzvünün atası MƏHKƏMƏDƏ - arvadını və baldızını öldürüb
Abşeron rayonunda qətl törətmədə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Rafiq Hüseynovun xanımı: “Vəziyyəti ağırdır, hazırda reanimasiyadadır”
Azərbaycan Televiziyasının aparıcısı, diktor və Xalq artisti Rafiq Hüseynov reanimasiyaya yerləşdirilib. Bu barədə müalicə üçün Türkiyəyə gedən aparıcının xanımı Səbinə Hüseynova məlumat verib: “Ümid edirdik ki, reanimasiyadan bu gün çıxardarlar, amma həkimlər icazə vermədi. Yəqin ki, hələ bir neçə gün də reanimasiyada qalacaq. Burda həkimlər hər gün yoldaşımın gecədən səhərə qədər olan vəziyyətini yoxlayırlar. Bu qeydlərə əsasən də onu reanimasiyadan çıxarıb çıxartmamağa qərar verirlər. Həkimlər deyir ki, vəziyyəti yaxşı deyil. Lakin ümid edirəm ki, sabaha öz otağına qaldırarlar”.
Binəqədi gəncləri şəhid ailələrini ziyarət ediblər
Binəqədidə gənclər Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər. Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, RİH Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova, YAP Binəqədi Rayon Təşkilatının əməkdaşları Rahil Şükürov, Natiq İsmayılov və ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evlərinə gediblər.
“ORBİTA” Ticarət Mərkəzi müştəriləri necə aldadır?
Paytaxt Bakıda fəaliyyət göstərən “ORBİTA" Ticarət Mərkəzinin qeyri-qanuni əməlləri barədə "Azad İstehlakçılar" İctimai Birliyinə müraciət daxil olub. AİB sədri Eyub Hüseynov bildirib ki, daxil olan şikayəti danışıq yolu ilə həll etməyə çalışsa da müsbət nəticə əldə olunmayıb. Nəticədə şikayət ərizəsi ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin rəisi Zahid İsayevə və vergilər naziri Fazil Məmmədova rəsmi məktub göndərilib. Şikayət ərizəsi Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, məhəllə1160, ev17, mənzil 237 ünvanında yaşayan Xəlilova Aytac tərəfindən ünvanlanıb.
Kor britaniyalını uşaq pornosuna baxdığı üçün MÜHAKİMƏ ETDİLƏR
Böyük Britaniyada 1 ildən çoxdur ki, gözdən əlil Endryu Şou (Andrew Shaw) adlı şəxs mühakimə edilir. O, uşaq pornoqrafiyasını yükləməsi və baxması ilə ittiham olunur. Bu barədə “Miami Herald” məlumat yayıb. Nəşrin materialında iddia edilir ki, 44 yaşlı Şounun bir gözü tamam kordur, ikincisilə isə çox pis görür.
Seyfdən külli miqdarda qızıl oğurlayan dəstə ələ keçib
Binəqədi rayonunda vətəndaşın evindən külli miqdarda qızıl-zinət əşyası və pul oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 26-da vətəndaş Qardaşxan Orucov Daxili İşlər Nazirliyi (DİN) “102” Zəng Mərkəzinə məlumat verərək Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin sındırıldığını, mənzildə olan seyfin qapısının qırılaraq içərisindən külli miqdarda pul, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Bakıda 300-dən artıq sürücü cərimə meydançasına aparıldı
Bakıda törətdiyi yol xətasına görə yazılmış cəriməni təyin edilmiş müddətdə ödəməyən 300-dən artıq sürücünün cəriməni ödəməsi təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Nazir: "Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılmasında maraqlıdır"
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır”. XİN-dən “Olaylar”a bildirilib ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Viseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
"Arsenal"ın futbolçusu "Liverpul"u seçdi
"Arsenal"ın yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen karyerasını "Liverpul"da davam etdirəcək. "Çelsi"nin də maraq dairəsində olan 24 yaşlı futbolçu "mersisaydlılar"ı üstün tutub. Çemberlen İngiltərə yığmasının bazasında tibbi müayinədən keçib. "Liverpul"un formasını əynində yoxlayan futbolçu tezliklə rəsmi müqaviləyə qol çəkəcək. Bu keçid "qırmızılar"a 40 milyon funt-sterlinqə başa gələcək. "Liverpul"la 6 illik müqaviləyə qol çəkəcək Çemberlen yeni klubunda "Arsenal"da qazandığı və "Çelsi"nin təklif etdiyindən az məvacib alacaq.
Yeni həmsədr Ermənistanın müqavimətini qıra biləcəkmi?
ATƏT-in Minsk qrupunun yeni təyin edilmiş həmsədri Endryu Şofer vəzifəsinin icrasına başlayıb. Ancaq yeni təyinatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhvə verəc biləcəyi məsələsi barədə ziddiyyətli fikirlər səslənməkdədir. Məsələ orasındadır ki, ATƏT-in Minsk qrupu yalnız təkilflər paketi hazırlamaqla məşğuldur. O da məlumdur ki, ortada mövcud olan təkliflərin heç biri tərəfləri yüz faiz razı sala bilməz. Bu halda beynəlxalq təşkilatların təzyiq mexanizmi işə düşməli, münaqişənin ədalətli həllinə səy göstərilməlidir.
Polisə silahlı hücum – İsveçdə
İsveçdə polis bıçaqlı hücumolub. “Olaylar” bildirir ki, paytaxt Stokholmda baş verən hücum zamanı bir polis yaralanıb. Təcavüzkar şəxs saxlanılıb.
Cari ildə 71 yeni məktəb tikilib
Bu il Azərbaycanda yeni inşa edilən məktəblərin sayı açıqlanıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, bütün mənbələr hesabına bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur. İl ərzində 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib.3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.














