Türkiyədə 5 günə 45 adam öldü
Türkiyədə son 5 gün ərzində baş verən yol-nəqliyyat hadisələrində 45 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyə Polis İdarəsinin rəhbəri Selmai Altınok məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər əsasən magistrallarda baş verən avtomobil qəzalarında dünyasını dəyişib. Polis İdarəsi rəhbəri bildirib ki, qəzalar əsasən ölkədə Qurban bayramının qeyd edildiyi günlərə təsadüf edib. S.Altınok yol polisinin bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyini qeyd edib.
31 Avqust 2017 15:20 DünyaTürkiyədə son 5 gün ərzində baş verən yol-nəqliyyat hadisələrində 45 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyə Polis İdarəsinin rəhbəri Selmai Altınok məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər əsasən magistrallarda baş verən avtomobil qəzalarında dünyasını dəyişib. Polis İdarəsi rəhbəri bildirib ki, qəzalar əsasən ölkədə Qurban bayramının qeyd edildiyi günlərə təsadüf edib. S.Altınok yol polisinin bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyini qeyd edib. Trend.az