Gündəm
Evdən qızıl aparan şəxs saxlanıb
Ağcabədi rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 24-də rayon ərazisindəki evlərdən birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini İlyas Məmmədov tutulub.
Nazirlik 4 mindən çox vakansiya elan etdi
Müəllimlərin işə qəbulunun əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bunu Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu mərhələyə 7 sentyabrdan start veriləcək: “Ayın 7-8-də seçimlər olacaq. Sonrakı bir neçə gün ərzində nəticələr bilinəcək”.
Opera və operettalardan ibarət konsert
Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi Musiqi" adlı konsert tamaşa keçiriləcək. “Olaylar” bildirir ki, gecədə Azərbaycan klassik opera və operettalarından ən gözəl parçalar, solo nömrələr və duetlər ifa olunacaq.
Ağstafada 7 min ədəd çətənə kolu məhv edilib
Ağstafa rayonu ərazisindən çətənə kolları aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Poylu kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 6 ton 300 kiloqram olan 7 min ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
İqtisadiyyat naziri Astarada vətəndaşları qəbul edib
Avqustun 31-də İqtisadiyyat naziri Şahin Mustafayev Astarada Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib.
MN: Monitorinq zamanı Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır
Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.
Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Azərbaycan sosial dövlət olaraq inkişaf edir
Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmağımızı şərtləndirmişdir. Bu modelin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir.
Zorakılıq, qətl və intihar
“Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, qadınlara qarşı məişət zorakılığı, qız uşaqlarının zorlanması, öldürülməsi, intihara sürüklənməsi kimi neqativ hallar həyəcan təbili çalmağa vadar edib. Bu sosial bəlaların qarşısını almaq üçün effektiv iş aparmağa ehtiyac var: “Bizim heç birimiz bu bəlalardan sığortalanmamışıq. Bu cəmiyyətdə bizim uşaqlarımız, qızlarımız böyüyür.
Ana bətnində öldürülən gələcək
Son zamanlar aborta gedənlər arasında məktəbyaşlı qızların olması barədə məlumatlara tez-tez rast gəlinir. Mütəxəssislər belə halların baş verməsini müxtəlif səbəblərlə izah etsələr də, ümumi fikir ondan ibarətdir ki, bu məslədə əsas məsuliyyət valideynin üzərinə düşür. Odur ki, valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etməlidirlər.
Türkiyə Minsk qrupunun həmsədrlərdən biri olmalıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədrinin təyinatı vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlərlə bağlı məsələni gündəmə gətirdi. Artıq siyasi analitiklər həmsədrlik institutunun fəaliyyəti, onun mahiyyəti və modernləşdirilməsi istiqmətində müxtəlif fikirlər səsləndirməkdədirlər.
Stress çarxındakı görünməyən təhlükə
Tarixən bir mənfi tendensiya müşahidə edilməkdədir. Ayrı-ayrı dövlətlər elm və texnologiya, yeni-yeni “icadlar”ın köməkliyi ilə hədəf və marağında olan ölkələri təsir altına salır, istehsal etdiyi m al və məhsulları o ölkələrə ixrac etmək, daha dəqiq desək sıramaqla onların beyinlərini korlayır, yetişməkdə olan gınc nəsli manqurtlaşdırır. Gah asudə vaxtın səmərəli təşkili, gah əqli zehnin inkişafı, gah da digər bir iddia ilə icad olunan və sürətli şəkildə dünya ölkələri, xüsusilə hədəf dövlətlərə ixrac edilən həmin məhsullar əslində qeyd edilən müsbət elementlərin heç birinə malik deyil.
Qohum nikahları...
Son illərdə müşahidə edilən mənfi tendensiyalardan biri də qohum nikahlardan yaranan problemlərdir. Belə ki, bir çox hallarda qohum nikahlar nəticəsində dünyaya gələn uşaqda fiziki qüsurlar, əqli çatışmamazlıqlar müşahidə edilir. Elə ona görə də bir sıra hallarda qohum nikahları məqbul hesab edilmir.
Fəlsəfə İnstitutunun direktoru: "Həbs edilən Xaliq Əhmədzadə heç vaxt şöbə müdiri olmayıb"
Bir neçə gün əvvəl AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.
"Livanda yol qəzasında ölən azərbaycanlı idmançının anası Beyruta gələcək"
Azərbaycanlı idmançı Xəzər Əliyevin Livanın paytaxtı Beyrutda yol qəzasında ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Xəzər Əliyevin hazırda Beyrutda olan dostu açıqlamasında bildirib ki, idmançı Beyruta istirahət məqsədilə səfər edib. X.Əliyev gecə saatlarında dostları ilə birgə klubda əyləniblər. Səhərə yaxın taksi ilə qaldıqları ünvana qayıdarkən sürücü ilə mübahisələri düşüb.


.jpg)











