Opera və operettalardan ibarət konsert

Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi Musiqi" adlı konsert tamaşa keçiriləcək. “Olaylar” bildirir ki, gecədə Azərbaycan klassik opera və operettalarından ən gözəl parçalar, solo nömrələr və duetlər ifa olunacaq.

Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi Musiqi" adlı konsert tamaşa keçiriləcək. "Olaylar" bildirir ki, gecədə Azərbaycan klassik opera və operettalarından ən gözəl parçalar, solo nömrələr və duetlər ifa olunacaq.
Konsertdə Samir Cəfərov, Fidan Hacıyeva, Anar Şuşalı, İnarə Babayeva, Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir Qurbanov, Mahir Tağızadə və başqaları iştirak edəcəklər.
Konsert tamaşada müğənniləri Nazim Hacıəlibəyovun rəhbərliyi ilə, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestri müşaiyət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31