Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Sentyabrın 4-də, 8-ci km qəsəbə stadionunda baş tutacaq matçdan bir gün öncə hər iki yığmanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.  Sentyabrın 3-də saat 18:45-də qonaqların baş məşqçisi Pyerancelo Manzarolinin mətbuat konfransı təşkil olunacaq. 19:30-da isə cırtdan ölkə təmsilçisi ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq. Saat 20:30-da isə millimizin baş məşqçisi Robert Prosineçki KİV nümayəndələrinin önünə çıxacaq. Yarım saat sonra isə yığmamız ilk 15 dəqiqəsi açıq olan son məşqinə çıxacaq. Hər iki yığmanın məşqi, həmçinin mətbuat konfransı 8-ci km qəsəbə stadionunda keçiriləcək. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31