Gündəm

Deputat: Regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra olunur

31 Avqust 2017 13:54

“Ölkəmizdə 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra olunmaqdadır”. Bu fikri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov  deyib. R.Məmmədhəsənov bildirib ki, bu proqramlar bölgələrdə  işsizlik probleminin aradan qaldırılması yönündə də əhəmiyyətlidir.

Rusiyada avqustda qar yağdı

31 Avqust 2017 13:52

Rusiyanın İrkutsk vilayətində avqustun 30-da 134,5 min hektar ərazidə ümumilikdə 11 meşə yanğını tüğyan etsə də, bu gün heç bir yanğın qeydə alınmayıb. Yanğınların qarşısnı gecə saatlarından etibarən yağmağa başlayan aramsız qar alıb.

Ermənistanda müdafiə siyasəti və hərbi xidmətlə bağlı qanun qəbul edildi

31 Avqust 2017 13:50

Ermənistan hökuməti müdafiə və hərbi xidmətlə bağlı iki yeni qanunu təsdiqləyib. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib ki, birinci qanun müharibə və  sülh dövründə Ermənistanın müdafiə siyasətini müəyyənləşdirir. İkinci qanun isə  hərbi xidmətin təşkili qaydasını müəyyənləşdirir. 

Yüzilliyin ən nüfuzlu rusiyalılarının adı açıqlandı

31 Avqust 2017 13:48

“Forbes” jurnalı son yüzillik ərzində ən nüfuzlu rusiyalıların siyahısını hazırlayıb. Siyahıda Vladimir Putin, Yuri Qaqarin, Mixail Qorbaçov, Alla Puqaçova, Leonid Brejnev və Vladimir Lenin kimi adlar yer alıb.

Nazir vətəndaşları təbrik etdi

31 Avqust 2017 13:35

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətinə təbrik ünvanlayıb. “Olaylar” – ın məlumatına görə təbrikdə  qeyd olunur ki, müsəlman aləminin ayrılmaz bir hissəsi olan Azərbaycanda həmişə mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılmışdır.

Mənzildən 9 min manat pul aparılıb

31 Avqust 2017 13:34

Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluqda şübhəli bilindiyinə görə tutulan Rəsul Məmmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən araşdırma aparılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun avqustun 22-də rayon ərazisindəki evlərdən birindən 9000 manat oğurlaması müəyyənləşib.

Ov tüfəngini polisə könüllü təhvil verdi

31 Avqust 2017 13:33

Nardaran qəsəbə sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini İntizam Quliyev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Keçmiş məhbus 2 nəfəri bıçaqlayıb

31 Avqust 2017 13:32

Şirvan şəhərində bıçaqlama hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xaqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Güləliyev saxlanılıb.

Almaniya Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyi anlaşmasına veto qoyub

31 Avqust 2017 13:31

Almaniya hökuməti Türkiyə iləAvropa İttifaqı arasında Gömrük Birliyi müqaviləsinin yenilənməsinə və genişləndirilməsinə veto qoyub. Çərşənbə günü Berlində Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə görüşən Almaniya federal kansleri Angela Merkel bu qərarı rəsmi şəkildə ona bildirib. Bundan bir gün öncə isə A. Merkel keçirdiyi mətbuat konfransında öz mövqelərini izah edib. O deyib ki, Almaniya hazırkı şəraitdə Türkiyə ilə Gömrük Birliyi müzakirələri aparılması üçün komissiyaya səlahiyyət verməyəcək.

MTN generallarının məhkəməsində şahid ifadə verib

31 Avqust 2017 13:29

Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Erməni silahlı bölmələri avqustda atəşkəsi 4093 dəfə pozub

31 Avqust 2017 13:27

Avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 4093 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb. Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub. Avqust ayında Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü məhv edilib. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

"Xarvi" qasırğası bütün balıqları evlərə doldurdu - VİDEO

31 Avqust 2017 13:24

Amerikanın Texas şatının Hyuston şəhərində baş verən "Xarvi" qasırğasında 5 nəfər həlak olub, 15 nəfər yaralanıb və yüzlərlə ev yararsız hala düşüb.

Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

31 Avqust 2017 13:22

Avqustun 30-da Berlində Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib. Həmçinin təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan 58-ci, Ermənistan…

31 Avqust 2017 13:20

Azərbaycan ən güclü orduya malik ölkələr sırasında 58-ci yerdədir. Bu barədə “Global Fire Power” portalının hesabatında deyilir. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə 93-cü yerdə qərarlaşıb. Hesabat tərtib olunarkən yalnız silahların sayı deyil, həmçinin onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu və digər faktorlar əsas götürülüb. Coğrafi yerləşmə, ölkənin təbii resursları da reytinqin nəticələrinə təsir edib.

Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib

31 Avqust 2017 13:17

“Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər və Ağcabədi rayonunda məlumatlandırma sessiyası keçirilib.