27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (
11:04 Siyasət27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları Zəfər Parkını ziyarət ediblər.
Hazırda parkı ictimaiyyət nümayəndələri də ziyarət edir.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Müharibə nəticəsində Azərbaycanın işğal altında olan əraziləri azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31