Gündəm
"Dinozavrlar" Ağ Ev qarşısında etiraz aksiyası keçirib
Vaşinqtonda Ağ Evin qarşısında dinozavr geyimlərində olan bir qrup şəxs etiraz aksiyası keçirib. Buna prezident Donald Trampın “Peace Corps” və “AmeriCorps” kimi ətraf mühitin mühafizəsi proqramlarının maliyyələşdirilməsini dayandırmaq barədə qərarı səbəb olub. Etirazçılar iddia edirlər ki, bu qərar həmin proqramların dayanmasına səbəb olacaq və nəticədə ətraf mühitə ziyan dəyəcək.
DYP-dən BAYRAM XƏBƏRDARLIĞI - Bu ərazilərdə avtomobil park etməyin!
Sentyabrın 1-də Qurban bayramı ilə bağlı paytaxtdakı məscidlərin ətrafındakı küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Süni mayalanma halları çoxalıb - SƏBƏB
"Azərbaycanda son zamanlar süni mayalanma hallarının çoxalması sonsuzluq hallarının artması ilə əlaqədardır”. Bu sözləri Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova ölkədə antenatal qulluğun təşkilinə dair keçirilən tədbirdə çıxış edərkən deyib. O, süni mayalanmanın birbaşa valideynlərin istəyi ilə əlaqədar olmadığını deyib: “Sonsuzluğun səbəbləri müxtəlifdir. Bu hallarının baş verməsində kişi faktorları da üstünlük təşkil edir”.
Politoloq: “Münaqişənin həlli təkliflərdə deyil, əməldə reallaşmalıdır"- MÖVQE
“ATƏT-in Minsk qrupu həmsədrlərin dəyişməsi həmsədr dövlətlərdə keçirilən seçkilərlə bağlı idi. Belə ki, ABŞ-da yeni prezidentin seçilməsi, administrasiyanın təzələnməsi həmsədrin də yenilənməsini labüd edirdi”. Bunu politoloq Rüstəm Məmmədov deyib.
Rövnəq Abdullayev: "Norveçdə millimizdən yaxşı oyun gözləyirəm"
Səfərdə oynamaq həmişə çətindir. Qrupdakı vəziyyətə gəlincə, nəzəri cəhətdən yüksək yerləri tutmaq şansımız var. Norveç ilk oyundan sonra bizə qarşı xüsusi hazırlaşacaq. Millimizdə də motivasiya var. Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev millimizin DÇ-2018-in seçmə mərhələsində Norveçlə səfər oyunu öncəsi dsport.az-a açıqlamasında deyib.
Türkiyədə evlər torpağın alıtnda qaldı
Türkiyənin Dənizli vilayətində bir neçə gün davam edən yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində Sərinhisar kəndinin Dənizli şəhəri ilə əlaqəsi kəsilib. Hətta bir neçə evin torpaq altında qaldığı bildirilir.
Qardaşı qızı ilə eşq yaşayan aparıcı haqda məhkəmə qərarı
Qardaşı qızı Burcu Başoğlu ilə yaşadığı eşq macərası ilə gündəmə gələn aparıcı Murad Başoğluhaqda məhkəmə qərarı çıxıb. Haqqında "həyasızca hərəkətlər etmək" ittihamı üzrə cinayət işi başlanan aparıcının ölkədən kənara çıxması qadağan edilib.
"Qalatasaray"dan daha bir transfer
"Qalatasaray" yay transfer pəncərəsinin bitməsinə az qalmış daha bir keçid reallaşdırıb. İstanbul təmsilçisi "Yuventus"dan Kvadvo Asamoanı heyətinə cəlb edib. Cinah müdafiəçisinin transferi "sarı-qırmızılar"a 4,7 milyon avroya başa gəlib. Qana millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Asamoanın illik qazancı bonuslarla birgə 2,5 milyon avro olacaq.
Dövlət Miqrasiya Xidməti Astarada səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Astara rayonunda dağlıq ərazidə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.
Torpaqların istifadəsi ilə bağlı uyğunsuzluq aradan qaldılacaq
Məlum olduğu kimi ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Bəs, bu informasiya sisteminin əhəmiyyətə nədən ibarətdir? Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq.
12 bələdiyyənin xəritəsi hazırlanır
Respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.
Bakıda bəy və gəlin öz toylarına avtobusla getdilər
Paytaxtın Səməd Vurğun küçəsində maraqlı hadisə yaşanıb. Gənc cütlük öz toylarına getmək üçün ictimai nəqliyyatı seçiblər. Onların dayanacaqda avtobus gözləmələrini əks etdirən fotolar sosial şəbəkədə paylaşılıb.
Əri Brilliantın xəstəxanaya yerləşdirilməsi haqda: "Həkim nəzarətindədir"
Səhhətində yaranan problemlərə görə bir neçə gün öncə Türkiyədəki özəl klinikaların birinə yerləşdirilən xalq artisti Brilliant Dadaşova evə buraxılıb. Bu barədə müğənninin həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.
Bu haqda məlumat vermək QADAĞAN EDİLDİ
İstanbul Ağır Cəza Məhkəməsi prokrorluğun tələbi ilə Vatan Şaşmaz və Filiz Akerin cinayət işi ilə əlaqədar mətbuatda hər hansı bir məlumatın verilməsinə qadağa qoyub. “Olaylar” bildirir ki, prokurorluğun bu qərarına səbəb yayımlanan xəbərlərin istintaqın işinə mane olmaması üçündür.
ABŞ-da bir milyon dollarlıq silah oğurlandı
ABŞ-da hərbi bazanın anbarından 1 milyon dollar dəyərində silah oğurlanıb. Hadisə Kentukki ştatında, "Fort-Kempbell" hərbi bazasında qeydə alınıb. Oğurlanan silah-sursatın bir hissəsi "qara bazar"da və "eBay" vasitəsi ilə Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada olan bəzi sahibkarlara satılıb.














