Əri Brilliantın xəstəxanaya yerləşdirilməsi haqda: "Həkim nəzarətindədir"

Səhhətində yaranan problemlərə görə bir neçə gün öncə Türkiyədəki özəl klinikaların birinə yerləşdirilən xalq artisti Brilliant Dadaşova evə buraxılıb. Bu barədə müğənninin həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.

O bildirib ki, xalq artisti özünü yaxşı hiss etməyə başlayıb:  "Brilliant xanım İstanbulda yağışa düşüb. Onun nəticəsində də soyuqlayıb, qızdırıb. Səhhəti ağırlaşandan sonra isə onu Türkiyədə yerləşən özəl klinikaların birinə yerləşdiriblər. Artıq xəstəxanadan evə buraxılıb. Özünü yaxşı hiss edir. Amma buna baxmayaraq həkim nəzarəti altındadır". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31