Gündəm
"Barselona" daha bir transfer edir - 50 milyon avroya
"Lester"in futbolçusu Riyad Mahrez "Barselona"ya transfer olunmaq üzrədir. 26 yaşlı müdafiəçi Kataloniya klubu ilə müqavilə imzalamaq üçün Əlcəzair millisinin düşərgəsini tərk edərək Avropaya gedib. Bu transfer üçün "Barsa"nın qarşı tərəfə 50 milyon avro təzminat ödəyəcəyi bilirilib.
Azərbaycanla oyunu buraxacaq - Ata olacağı üçün
Norveç yığmasının futbolçusu Anders Konradsen DÇ-2018-in seçmə mərhələsində millimizlə oyunu buraxacaq. Bu barədə Norveç yığmasının baş məşqçisi Lars Laqerbekməlumat verib. O bildirib ki, 27 yaşlı oyunçunun yaxın saatlarda övladı dünyaya gələcəyi üçün məşqçi heyətindən icazə alıb.
ABŞ-ı vuran "Harvi": bəlalar hələ bitməyib
ABŞ-ın Texas ştatını vuran "Harvi" qasırğasının yaratdığı sel və daşqınlar nəticəsində həlak olanların sayı 38-ə çatıb. 30 mindən artıq insan evsiz-eşiksiz qalıb.
Azərbaycana bu yay ən çox gələnlər ərəblər və ruslar oldu
Bu yay Azərbaycana gələn turistlər arasında ilk yeri ərəb ölkələrindən, sonra isə Rusiyadan olan turistlər tutublar. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Azərbaycana bu il gələn turistlərin sayının ötən illə müqayisədə daha çox olduğunu deyən N.Bağırov qeyd edib ki, sentyabrdan Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə, oktyabrdan isə Taylandın Banqkok şəhərinə birbaşa uçuşlar olacaq. Bu da həmin ölkələrdən Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir göstərəcək: "Ciddə şəhərində Məkkəyə ən yaxın olan hava limanı yerləşir. Ona görə də Azərbaycandan Səudiyyə Ərəbistanına gedən zəvvarlarımız bu istiqamətdən istifadə edəcəklər".
Əl çantasında tapança patronları aşkar edilib
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tapança patronlarının ölkə ərazisinə gömrük sərhədindən bəyan etmədən gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Türkiyə Respublikasının vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda patrona bənzər predmetlərin təsviri görünüb.
Göyçayda İslam tədbirİ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Göyçay Rayon İcra Hakimiyyəti və “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Göyçay rayon Tarix–Diyarşünaslıq Muzeyində keçirilən “İslam sivilizasiyasının təbliğində media ilə dini icmaların birgə əməkdaşlığının artırılmasına dəstək” mövzusunda tədbir keçirilib.
Komitə sədri Lerikdə fəal qadınlarla görüşəcək
6 sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lerik rayonunda saat 10:00-da Lerik Mədəniyyət Evində vətəndaşların qəbulunu keçirəcək. Komitədən “Olaylar”a bildirilib ki, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Astara, Lerik rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
“Kanadalı deputat maddi maraq üçün işğal olunmuş ərazilərimizə gedib"
“Kanada parlamentinin üzvü Toni Klemanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır”.
Şagirdlər bir ildə 28 medal qazanıblar
2016-2017-ci tədris ilində azərbaycanlı məktəblilər müxtəlif beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 4 gümüş, 23 bürünc olmaqla 28 medal qazanıblar”. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dünyanın nüfuzlu bilik olimpiadaları riyaziyyat, fizika, kimya, informatika və digər fənlər üzrə keçirilib. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub.
Myanmadan qaçan müsəlmanlar dənizdə batdılar: çoxu qadın və uşaqlar olub
Banqladeş sahillərində Rohinca müsəlmanlarını daşıyan qayıq batıb. Banqladeş sahil-mühafizə xidmətinin əməkdaşları azı 20 meyiti sudan çıxarıb. Qayıqdakıların böyük əksəriyyəti qadın və uşaqlar olub. Rohinca müsəlmanları Myanmada davam edən münaqişə ilə əlaqədar Banqladeşə qaçmağa çalışır. Ötən həftənin sonundan Banqladeşə 18 mindən çox Rohinca müsəlmanı keçib.
“Şefer Trampa müraciət etsin ki, prezidentləri görüşdürsün”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şefer Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilik gətirə bilər. Onun sələfi Riçard Hoqland da yenilik gətirə bildi. Amma Şeferin gətirəcəyi yeniliyin çərçivəsi ABŞ Dövlət Departamenti tərəfindən müəyyənləşəcək.
Qurban bayramında necə sağlam qidalanmaq olar?
Türkiyəli diyetoloq Emine Yüzbaşıoğlu Qurban bayramında sağlam qidalanma barədə bir neçə önəmli məlumatlar verib. Həkim bayramda düzgün qidalanmamağın zərər verə biləcəyini deyib: “Xüsusilə qan təzyiqi, diabet və ürək xəstəliyi olan şəxslər qidalanmalarına diqqət etməlidirlər.
Livanda qəzada ölən azərbaycanlı ilə bağlı XİN-dən AÇIQLAMA
Azərbaycan Respublikasının Livandakı Səfirliyindən aldığımız məlumata əsasən bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlunun iştirakı ilə Livanın Beyrut şəhərində 25 avqust tarixində səhər 5.30 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
ABŞ-ın 700 barrel nefti zay oldu
ABŞ-ın Texas ştatında tüğyan etmiş "Harvi" qasırğası nəticəsində neft çənləri aşıb. Hadisə ilə əlaqədar 700 barrelədək neft sızıb. "Burlington Resoursces" şirkəti bildirib ki, ona məxsus çənlərin aşmasına qasırğadan sonra yaranmış güclü daşqınlar səbəb olub.
Jurnalisti təhqir edən direktorun milyonluq villaları
Jurnalisti təhqir edən Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın dəbdəbəli villalarının görüntüləri üzə çıxıb.














