Gündəm

Jurnalisti təhqir edən direktorun qardaşı haqda ilginc ittihamlar

31 Avqust 2017 12:15

Bu günlərdə daha bir təhsil qalmaqalı yaşandı. Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib. Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün axar.az saytının əməkdaşı Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb.

Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri qəzəbləndirdi

31 Avqust 2017 12:11

Londonun səs-küylü küçələrindən birində musiqiçinin virtuoz şəkildə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə xüsusi ton verirdi. Matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə doğma Vətəni Azərbaycanın kədərli musiqisini ifa edirdi. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən 24 il əvvəl 31 avqust tarixində işğal edilib. “Olaylar” bildirir ki, London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsi Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomatı hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib.

İsrailin xarici siyasətində Azərbaycan faktoru- TƏHLİL

31 Avqust 2017 12:10

Məlumdur ki, Azərbaycanla İsrail dövləti arasında olduqca sıx münasibətlər mövcuddur. Hər iki ölkənin lideri vaxtaşırı görüşürlər. Üstəlik yəhudilərin xarici siyasətində Azərbaycanın rolu xüsusi çəkiyə malikdir.

Sahib Paşazadə Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Festivalının “Qran pri”sinə layiq görülüb

31 Avqust 2017 12:08

Səmərqənd şəhərinin Reqistan meydanında “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqi nəzəriyyəçisi iştirak edib.

Paytaxtda  iki nəfər itkin düşüb

31 Avqust 2017 12:07

Kürdəmir rayonunda anadan olmuş 25 yaşlı Solmaz Asim qızı Qaçayeva cari il mayın 19-da saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub. Solmaz Qaçayevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq xəbər vermələri xahiş olunur.   

Məktəbli forması ilə bağlı YENİ TƏKLİFLƏR: qiymətlər 50% enə bilər - ARAŞDIRMA

31 Avqust 2017 12:04

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Qələm, dəftər, çanta almaq bir tərəfə, bu ərəfədə valideynləri ən çox maraqlandıran məktəbli formalarının qiymətidir. Ötən il birdən-birə bu geyimlərinin qiymətinin 8.5 faiz qalxması valideynlər arasında ciddi narazılığa səbəb oldu. İki uşağını məktəbə göndərən valideyn azı 100 manat ancaq formaya xərcləməli idi. Çünki məktəb rəhbərləri məhz həmin istehsalçı şirkətin geyimlərini geyinməyi tələb edirdilər. İkinci variant eyni firmanın sexlərdə istehsal edilmiş saxta geyimlərini almaq idi ki, onların keyfiyyəti barədə şübhələr valideynləri bu fikrindən daşındırırdı.

Ən çox rast gəlinən xəstəliklər AÇIQLAMA

31 Avqust 2017 12:00

“Hazırda qarşımızda duran əsas məsələ yenidoğulma dövründə rast gəlinən xəstəliklərin aradan qaldırılması və bu yolla uşaqlar arasında xəstələnmə və ölüm östəricisinin daha da azalmasına nail olmaqdan ibarətdir”. Bunu açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Sentyabrın havası: istilər normadan yüksək olacaq

31 Avqust 2017 11:59

Sentyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

22 yaşlı azərbaycanlı beynəlxalq axtarışda

31 Avqust 2017 11:58

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.  1995-ci il təvəllüdlü Cahangir Bəkirov xuliqanlıqda təqsirləndirilir. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə axtarışa verilməsi haqqında qərar qəbul edib. Həmin qərar əsasında İnterpol C.Bəkirov barəsində beynəlxalq axtarış elan edib.

Səmərqənddə keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak ediblər

31 Avqust 2017 11:53

Qədim Səmərqənd şəhərində “Dünya sivilizasiyası tarixində Mərkəzi Asiya Renessansı” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə dünyanın 28 ölkəsindən və nüfuzlu beynəlxalq təşkilatlardan 100-dən artıq nümayəndə iştirak edib.

Nazpəri və Ədalət Qurban bayramı ərəfəsində “Retro Bakı”- da

31 Avqust 2017 11:49

Sentyabrın 1 – 2 – də Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri Fəvvarələr Meydanında baş tutacaq. “Olaylar” bildirir ki, Qurban bayramı ərəfəsində “Retro Bakı”da tanınmış müğənnilər xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Ədalət Şükürov zəngin konsert proqramı ilə çıxış edəcəklər.

Həkimlərin mübahisəsi körpənin ölümünə səbəb oldu

31 Avqust 2017 11:46

Hindistanda keyseriyyə əməliyyatına götürülən ana övladını itirib.“Olaylar” bildirir ki, körpənin ana bətnində ölümünə səbəb həkimlərin mübahisəsi olub. Belə ki, onların ananın əməliyyatdan öncə yemək yeyib – yeməməsinə dair müzakirəsi körpənin ölümü ilə nəticələnib. Hadisədən sonra həkimlərin işdən çıxarıldığı bildirilir.

Nazirlikdən bayram yarmarkaları ilə bağlı sahibkarlara müraciət

31 Avqust 2017 11:35

Kənd Təsərrüfatı Nazirliyi sahibkarla müraciət edib. Bakı şəhərinin yarmarkalarında yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dair yayılan məlumatla əlaqədar nazirlik sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında (Nərimanov rayonu, Əliyar Əliyev küç., Keşlə bazarının yanı, Xətai rayonu, "Nargilə" kafesinin yanı, Yasamal rayonu, Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının həyəti, Səbail rayonu, Seymur Məmmədov küçəsi, 8, parkın yanı) təşkil olunmuş qurbanlıq heyvanların satış-yarmarkalarında nazirliyin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və ətraf qəsəbələrin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.

Bakı-Quba yolunda ağır qəza baş verib

31 Avqust 2017 11:32

Bakı-Quba magistral avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsu baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olatylar”a verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilir

31 Avqust 2017 11:30

Sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək. Bu barədə Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.