İsrailin xarici siyasətində Azərbaycan faktoru- TƏHLİL

Məlumdur ki, Azərbaycanla İsrail dövləti arasında olduqca sıx münasibətlər mövcuddur. Hər iki ölkənin lideri vaxtaşırı görüşürlər. Üstəlik yəhudilərin xarici siyasətində Azərbaycanın rolu xüsusi çəkiyə malikdir.

Məlumdur ki, Azərbaycanla İsrail dövləti arasında olduqca sıx münasibətlər mövcuddur. Hər iki ölkənin lideri vaxtaşırı görüşürlər. Üstəlik yəhudilərin xarici siyasətində Azərbaycanın rolu xüsusi çəkiyə malikdir.

Birincisi ona görə ki, ölkəmiz yəhudilərlə çox gözəl münasibəti olan nadir müsəlman dövlətlərdəndir. Azərbaycanda kifayət qədər yəhudi yaşayır və onlar heç zaman cəmiyyətdən təcrid edilməyib. Bu xalqın dini inancları yüksək səviyyədə qorunur, azərbaycanlı yəhudilər mütamadi olaraq Bakıya və ya ölkənin digər regionlarına rahat şəkildə gələ bilir. Bakı beynalxalq arenalarda, ələxsus müsəlman dövlətləri sırasında belə İsrailin maraqlarını müdafiə edir. Bir sözlə Bakı Təl-Əviv üçün sadiq müttəfiq dövlət olaraq üzərinə düşən missiyanı artıqlaması ilə yerinə yetirir.

İsraildə Azərbaycan deyiləndə ancaq dost ölkə ağıla gəlir. Təcrübə göstərib ki, dövlətimiz hər zaman etibarlı tərəftaş olub. İsrailin qeyd olunan meyarları əsas götürdüyü də kimsəyə sirr deyil. Zaman-zaman üçüncü qüvvələrin Azərbaycan-İsrail münasibətlərinə qarşı aqressiyasının şahidi olsaq da düzgün diplomatiya ilə yaranan təhlükə neytrallaşdırıb, dolayısı ilə heç bir faktor Bakı-Təl-Əviv münasibətlərinə kölgə sala bilməyib. Əksinə biz müstəqil xarici siyasət yürütməklə dostumuzu hər zaman özümüz seçmişik. İndi vəziyyət bir qədər qəlizləşib.

Söhbət İsrailin "Aeronautics" müdafiə şirkətinin açıqladığı son məlumatdan gedir. Mətbuatda da yer alan xəbərlərdə də qeyd olunduğu kimi adıçəkilən şirkət 20 milyon dollarlıq "Orbiter K1" Pilotsuz Uçan Aparatların (PUA) satışına müvəqqəti qadağa qoyub. Mənbə müştərinin adını açıqlamasa da İsraildən bu tip qurğuları alan iki ölkə var, onlardan biri məhz Azərbaycandır. Suallar doğuran məqamlar çoxdur. İrailin Müdafiə Nazirliyinin, eləcə də rəsmi Təl-Əvivin Bakının narahatlığına susqunluqla cavab verməsi Azərbaycanda birmənalı qarşılanmır. Görünür İsrail höküməti gözləmə mövqeyi seçib və Bakının müraciətlərinə səssiz qalmağı məqbul sayır. Elə təəssürat yaranır sanki Təl-Əviv İrəvanın hay-küyündən qorunmağa çalışır. Bunu İsrailin Amerikadakı erməni lobbisini sakitlərşdirmək üçün siyasi manevri kimi də dəyərləndirmək olar. Ancaq ortada reallıq var. O da yaranan anlaşılmazalığa aydınlıq gətirənin tapılmamasıdır.

İsrail Azərbaycana silah satışından imtina edə bilər. Lakin bu belə ölkəmizin hərbi potensialının zəngiləşdirilməsinə təsir etməyəcək. Bakı üçün silah bazarında seçim etmək imkanı yetərincədir. Azərbaycanın istənilən ölkədən bütün növ silahları almağa gücü çatır. Sübut kimi Ermənistanın ən yaxın tərəftaşı adlandırdığı Rusiya nümunəsidir. Əsas vacib məqam İsrailin Azərbaycanı özündən uzaqlaşdırmasıdır.

Hər bir halda Təl-Əvivin gəzən söz söhbətlərə yekdil fikir bildirməsi şərtdir. İsrail vəziyyətin ciddiliyini tam məsuliyyəti ilə anlamalıdır. İki dövlət arasında dostluq Bakı qədər Təl-Əviv üçün də mühüm strateji əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31