Gündəm

Deputat: “Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir”

31 Avqust 2017 11:29

“Azərbaycanda müxtəlif  konfessiyalara, dinlərə həmişə böyük diqqətlə yanaşılır”. Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Y.Abramov bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır.

Atasız-anasız idmançımız faciəvi şəkildə öldü - Cəsədi morqda qalıb

31 Avqust 2017 11:27

Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib. Bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər. İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib: "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər".

Musa Quliyev: “Türkiyə həmişə Azərbaycanın yanındadır”

31 Avqust 2017 11:25

“Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl və yüksək şəkildə Ümummilli Lider Heydər Əliyev “bir millət, iki dövlət” deyərək ifadə etmişdir. Yəni bundan yaxın bir münasibət ola bilməz. Həm də tarixən Azərbaycan müstəqilliyini elan edəndə ilk dəfə bizi tanıyan ən yaxın dostumuz, qardaşımız, strateji partnyorumuz Türkiyə Respublikası olub”. Bunu  millət vəkili Musa Quliyev deyib.

""Fərat qalxanı" əməliyyatı Türkiyənin gücünü nümayiş etdirdi"

31 Avqust 2017 11:24

Türkiyə Silahlı Qüvvələrinin Suriyada terrorçulara qarşı uğurla apardığı "Fərat qalxanı" əməliyyatı Ankaranın gücünü nümayiş etdirdi. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Marsda şəhər tapıldı - VİDEO

31 Avqust 2017 11:22

Mars planetinə endirilən "Curiosity" marsoxodunun çəkdiyi şəkillər əsasında kosmik tədqiqatçılar planetdə bir vaxtlar şəhərin mövcud olduğunu iddia edirlər.  NASA mütəxəssislərinin qeyri-dəqiq şəkildə informasiya yayması, əldə edilən informasiyaları fərqli şəkildə Yer sakinlərinə çatdırması müəmmalıdır. Skeptiklər burada mövcud olan “qədim Mars şəhəri” və qayalıqlardan başqa qəribə heç nə görmədiklərini qeyd ediblər.

ABŞ İŞİD üzvlərinin təxliyə edilməsini əngəllədi

31 Avqust 2017 11:20

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Livan sərhədindən keçən İŞİD karvanını hava hücumları ilə vuracaqlarını bəyan edib. Terorçuların Hizbullah və İŞİD arasında əldə edilən razılaşma əsasında Livandan Suriyanın şərq sərhədlərinə keçirilməsi nəzərdə tutlub. Yazılı açıqlamada İŞİD-in dünyəvi terror təşkilatı olması və fəaliyyətini genişləndirmək üçün terrorçuları bir yerdən başqa yerə daşımasının həll yolu olmadığı bildirilib.

Türkiyədə dövlət çevrilişinə dəstək verən “muzdlu qatil”dən YENİ PLAN

31 Avqust 2017 11:17

Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlan Yaxın Şərqi qarışdırmaq üçün yeni planlarını tətbiq edir. Dahlanın nəzarətində işləyən Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının keçmiş rəhbəri Əhməd Carba müxtəlif tayfalardan topladığı 3 min ərəb döyüşçünü ABŞ-PYD ittifaqına verib. Carbanın Hasekedə qərargah qurduğu və İdlibə hücuma hazırlaşdığı bildirilir. Daha əvvəl yayılan xəbərə görə, Məhəmməd Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb. Bir il yarım əvvəl Sina yarımadasında qurulan düşərgə BƏƏ tərəfindən dəstəklənir. Düşərgədəki terrorçuların Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla Yaxın Şərqdə sensasiyalı terror aktları törətmək üçün hazırlanır.

Di Kaprio bir milyon bağışladı

31 Avqust 2017 11:17

Texasda baş verən “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Hollivud ulduzu Leonardo Di Kaprio “Harvi” qasırğasından zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb. “Olaylar”  Gazeta.ru – ya istinadən bildirir ki, “One Way” təşkilatının rəhbəri Brayan Qallaxer yardıma görə aktyora təşəkkürünü bildirib.

Qədim romalıların kütləvi zəhərlənməsinin SƏBƏBİ İNDİ BƏLLİ OLDU

31 Avqust 2017 11:15

Fransadan və ABŞ-dan olan tədqiqatçılar qrupu qədim romalıların qurğuşundan borular hazırlamaları ilə bağlı bir sıra sübutlar əldə ediblər. Alimlərin rəyi “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib. Bu barədə Phys.org saytında məlumat yayılıb. Romalılar insanların çox yaşadığı məntəqələrə suyun verilməsi üçün əsasən su kanalları (akveduklar) tikirdilər. Eyni zamanda, onlar yağış sularının uzaqlaşdırılması üçün su kəmərləri düzəldirdilər. Kəmərlərin yaradılması üçün adətən ağac və ya terrakot gilindən istifadə olunurdu. Amma alimlər tapıntısı başqa məqamların üstünü açıb. Sən demə, tikinti işlərində qurğuşunda da istifadə edilib.

Yəməndə hava hücumu - 13 ölü

31 Avqust 2017 10:47

Yəməndə koalisiya gücləri tərəfindən təşkil edilən hava hücumunda ən az 13 nəfərin həlak olduğu, 1 nəfərin yaralandığı bildirirlir. “Olaylar” bildirir ki, hücum zamanı bir neft tankerinin də partladığı bildirilir. Hücumun paytaxt Sana və liman şəhəri olan El – Hudey arasında əsas baş verdiyi qeyd olunur.

Emrə Yeksanın filmi Venesiya Kinofestivalında

31 Avqust 2017 10:29

74-cü Beynəlxalq Venesiya Kinofestivalı avqustun 30-dan sentyabrın 9-dək davam edəcək. Festivalın açılışı Aleksandr Peynin “Qısaca” satirik filmi ilə olub.  “Olaylar” bildirir ki, festivalın münsiflər heyətinə Hollivud aktrisası Annet Beninq rəhbərlik edir. Açılışa Robert Redford və Jane Fonda kimi ulduzların qatılıb. Festivalda Türk rejissoru Emrə Yeksanın "Körfəz" filmi nümayiş olunacaq.

Həbsxanaya məxsus avtomobillər partladıldı

31 Avqust 2017 10:20

Türkiyənin İzmir şəhərində həbsxanaya məxsus avtomobillərin yaxınlığında yerləşən zibil konteynirlərinə yerləşdirilən partlayıcı qurğu işə düşüb. “Olaylar” bildirir ki, hadisə yerinə təcili yardım maşınları və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar və həlak olanlar haqqında heç bir məlumat verilmir.

ABŞ AÇIQLADI

31 Avqust 2017 10:19

ABŞ Müdafiə Nazirliyi Əfqanıstandakı ABŞ əsgərlərinin sayını açıqlayıb. “Olaylar” bildirir ki, nazirlik rəsmisi Əfqanıstanda 11 min ABŞ əsgərinin xidmət etdiyini bildirib. Rəsmilər bu sayın artacağını ehtimal edirlər. Qeyd edək ki, 2016-cı ilin noyabr ayında ABŞ- ın  Əfqanıstandakı qoşunların sayını 8.400 idi.

Əcnəbilər üçün 3 saat ərzində "ASAN VİZA"

31 Avqust 2017 09:45

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər. “Olaylar” bildirir ki, bu yenilik “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci il tarixli 1482 saylı Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir. “ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı  Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

"Zəngəzurun qala qapısı Qubadlı"

31 Avqust 2017 09:42

Xalça Muzeyi tərəfindən təşkil olunmuş Qubadlı rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Zəngəzurun qala qapısı Qubadlı” adlı tədbir keçirilib. “Olaylar” bildirir ki, tədbirdə Qubadlı və Laçın Tarix-Diyarşünaslıq Muzeylərinin eksponatlarından ibarət sərgi təşkil olunub. Sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, toxuculuq alətləri, mis qablar və digər məişət əşyaları nümayış olunub.