Di Kaprio bir milyon bağışladı
Texasda baş verən “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Hollivud ulduzu Leonardo Di Kaprio “Harvi” qasırğasından zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb. “Olaylar” Gazeta.ru – ya istinadən bildirir ki, “One Way” təşkilatının rəhbəri Brayan Qallaxer yardıma görə aktyora təşəkkürünü bildirib.
31 Avqust 2017 11:17 DünyaTexasda baş verən "Harvi" qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Hollivud ulduzu Leonardo Di Kaprio "Harvi" qasırğasından zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb. "Olaylar" Gazeta.ru - ya istinadən bildirir ki, "One Way" təşkilatının rəhbəri Brayan Qallaxer yardıma görə aktyora təşəkkürünü bildirib.
Di Kapriodan öncə Oskar mükafatı laureatı Sandra Ballok da qasırğadan zərər çəkənlərə yardım üçün bir milyon dollar yardım edib. Vəsait Amerika Qırmızı Xaç Komitəsinə köçürülüb.