"Qalatasaray"dan daha bir transfer
"Qalatasaray" yay transfer pəncərəsinin bitməsinə az qalmış daha bir keçid reallaşdırıb. İstanbul təmsilçisi "Yuventus"dan Kvadvo Asamoanı heyətinə cəlb edib. Cinah müdafiəçisinin transferi "sarı-qırmızılar"a 4,7 milyon avroya başa gəlib. Qana millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Asamoanın illik qazancı bonuslarla birgə 2,5 milyon avro olacaq.
31 Avqust 2017 12:57 İdman"Qalatasaray" yay transfer pəncərəsinin bitməsinə az qalmış daha bir keçid reallaşdırıb. İstanbul təmsilçisi "Yuventus"dan Kvadvo Asamoanı heyətinə cəlb edib. Cinah müdafiəçisinin transferi "sarı-qırmızılar"a 4,7 milyon avroya başa gəlib. Qana millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Asamoanın illik qazancı bonuslarla birgə 2,5 milyon avro olacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçu "Yuventus"a 2012-ci ildə "Udineze"dən keçmişdi. Sia.az