"Arsenal"ın futbolçusu "Liverpul"u seçdi

"Arsenal"ın yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen karyerasını "Liverpul"da davam etdirəcək. "Çelsi"nin də maraq dairəsində olan 24 yaşlı futbolçu "mersisaydlılar"ı üstün tutub.  Çemberlen İngiltərə yığmasının bazasında tibbi müayinədən keçib. "Liverpul"un formasını əynində yoxlayan futbolçu tezliklə rəsmi müqaviləyə qol çəkəcək. Bu keçid "qırmızılar"a 40 milyon funt-sterlinqə başa gələcək. "Liverpul"la 6 illik müqaviləyə qol çəkəcək Çemberlen yeni klubunda "Arsenal"da qazandığı və "Çelsi"nin təklif etdiyindən az məvacib alacaq.

Qeyd edək ki, Çemberlenin "Arsenal"la müqaviləsinin müddəti 2018-ci ilin yayına kimi nəzərdə tutulmuşdu. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31