Politoloq: “Bu dövlətlərin xarici siyasətində münaqişənin həlli ilə bağlı bir addım görmürəm”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şeferden Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bir şey gözləmirəm. Bu fikri politoloq Rüstəm Məmmədov bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şeferden Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bir şey gözləmirəm. Bu fikri politoloq Rüstəm Məmmədov bildirib. O qeyd edib ki, ABŞ-ın formalaşmış xarici siyasəti var: "Eləcə də digər həmsədr dövlətlərin - Rusiya və Fransanın da xarici siyasəti formalaşıb. Mən bu dövlətlərin xarici siyasətində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir addım görmürəm". Azərbaycan və Ermənistan prezidentlərin görüşünə gəlincə, politoloq hələlik danışıqlarla bağlı müsbət simptomların hiss olunmadığını qeyd edib. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31