Telafer İŞİD – dən tamamilə AZAD EDİLDİ

İraq Baş naziri Heydər əl-İbadi türkmənlərin yaşadığı Telafər şəhərinin İŞİD  terror təşkilatından tamamilə azad olunduğunu bildirib. Nazir Təlafəri İŞİD terror təşkilatından təmizləməklə, Mosulu bütünlüklə terror təşkilatından azad etdiklərini açıqlayıb. “Harada olursunuzsa olun torpaqlarımızı qurtarmağa gəlirik. Önünüzdə ya ölüm ya da təslimiyyət var" – deyə, nazir İŞİD – çilərə səslənib.

İraq Baş naziri Heydər əl-İbadi türkmənlərin yaşadığı Telafər şəhərinin İŞİD  terror təşkilatından tamamilə azad olunduğunu bildirib. Nazir Təlafəri İŞİD terror təşkilatından təmizləməklə, Mosulu bütünlüklə terror təşkilatından azad etdiklərini açıqlayıb. "Harada olursunuzsa olun torpaqlarımızı qurtarmağa gəlirik. Önünüzdə ya ölüm ya da təslimiyyət var" - deyə, nazir İŞİD - çilərə səslənib.

Qeyd edək ki, İŞİD terror təşkilatı Təlafəri 16 iyun 2016 - cı ildə işğal etmişdi. İraq ordusu Telaferi azad etmək  üçün avqustun 20 - də terrorçulara qarşı əməliyyata başlamış, 27 avqustda şəhərin mərkəzinin İŞİD - çilərdən azad olunduğunu açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31