Rusiya Ali Məhkəməsinin binası atəş tutuldu
Moskvada naməlum şəxs Rusiya Ali Məhkəməsinin binasına atəş açıb. Povarskaya küçəsində yerləşən bina pnevmatik silahdan atəşə tutulub. İnsidentin avqustun 30-a keçən gecə baş verdiyi bildirilir. Nəticədə birinci mərtəbənin pəncərəsinə ziyan dəyib.
31 Avqust 2017 17:08 DünyaMoskvada naməlum şəxs Rusiya Ali Məhkəməsinin binasına atəş açıb. Povarskaya küçəsində yerləşən bina pnevmatik silahdan atəşə tutulub. İnsidentin avqustun 30-a keçən gecə baş verdiyi bildirilir. Nəticədə birinci mərtəbənin pəncərəsinə ziyan dəyib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Qeyd edək ki, ötən ilin noyabrında avtobuslara pnevmatik silahdan atəş açan xuliqan saxlanılıb. Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31