"Qarabağ"ın sabiq hücumçusu A seriyasında - 2 milyona aldılar

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İtaliya A seriyası təmsilçisi "Benevento"ya transfer olunub. İsveçli oyunçu ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. Qeyri-rəsmi məlumata görə, bu transfer üçün "Benevento" 2 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, ötən mövsüm "Herakles"də çıxış edən S.Armenteros Hollandiya çempionatında 19 qol vurub. 2015/2016 mövsümündə "Qarabağ"da oynayan Armenteros 23 oyuna 7 dəfə rəqib qapılarına yol tapıb. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31